Deputat: "Nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır"

Deputat: "Nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır""Naxçıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır"

Sonxeber.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

-Qüdrət bəy, bəzi müxaliffikirli insanların Azərbaycanın dövlət siyasətinin rusiyayönümlü olmasına dair iddialarına münasibətiniz necədir?

Azərbaycanın dövlət maraqları Rusiya ilə dost olmağı tələb edir. Dövlət maraqlarından çıxış etmək isə rusiyayönümlü olmaq yox, Azərbaycanyönümlü olmaq deməkdir. Bu başıpozuq adamlar xalqın qəzəbindən qorxmasalar bizim Rusiyaya müharibə elan etməyimizi də tələb edə bilər. Məhz Rusiyaya münasibətdə yürüdülən düzgün siyasətin nəticəsi olaraq biz Qarabağın böyük hissəsini işğaldan azad edə bildik, digər hissəsi üzərində də suveren hüquqlarımızı bərpa edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Rusiya sülhməramlılarının Azərbaycana gəlməsi ilə manipulyasiya edənlərə isə hər zaman deyirəm ki, daha əlverişli başqa yol vardısa, buyurub xalqımıza desinlər. İnsanlarımız sosial fəal olmasalar da böyük çoxluq, təhsilli kəsim İlham Əliyevin nəyə nail olduğunu gözəl başa düşür. Bu barədə hay-həşir salanlar isə sığındıqları, yaxud tapşırıq aldıqları ölkələrin sifarişlərini yerinə yetirirlər. Türkiyəyə özümüz kimi yanaşırıq, digər böyük qonşularımız Rusiya və İrana münasibətdə isə yaxın qonşuluq və dostluq siyasəti aparırıq, həmin ölkələrdə hansı rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Yaxşı el misalı var-yaxın qonşu uzaq qohumdan yaxşıdır. Onu da nəzərə almalıyıq ki, hər iki ölkədə milyonlarla soydaşımız yaşayır. Əməkdaşlıq həm də onu özündə ehtiva edir ki, narazı qaldığın məsələlər barədə səmimi müzakirələr apara biləsən. Həmin fitlə çalışan "tənqidçilərin" əsas məqsədi mövcud problemlərdən istifadə edib ölkələrimiz arasında münasibətləri korlamaqdır.

–Bu günlərdə mətbuatda belə bir informasiya yayıldı və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu ki, Dövlət Gömrük Komitəsində çalışanların üçdə biri nehrəmli, yaxud naxçıvanlıdır.

Bu məqsədyönlü şəkildə şişirdilmiş və ictimaiyyətə ötürülmüş məlumat idi. Naxçıvanda və Qərbi Azərbaycanda doğulub və həmin bölgələrdə şəxsiyyət kimi formalaşmış insanlar düşmən içərisində yaşamaları və ya təcrid olunmaları, iqlimin insan xarakterinə təsir imkanları və kasıblıq səbəbindən müqayisədə daha sosial fəal olublar. Məhz bu səbəbdən xalq hərəkatının önündə olan səxslərin sırasında bu bölgədən olan insanlar çoxluq təşkil edirdi. Buna görə həm müxalifətdə, həm iqtidarda onların xüsusi çəkisi artıq idi. AXC hakimiyyəti dövründə də belə idi. Kiçik bir araşdırma aparsanız görəcəksiniz ki, o zaman universitet partası arxasından nə qədər adam Prezident Administrasiyasında, başqa dövlət orqanlarında yüksək vəzifələrə təyin olunmuşdular. Yüksək vəzifəyə təyinat alanların bəzilərinin hətta ya ali təhsili yox idi, ya da ixtisası uyğun deyildi. Mərhum prezident Heydər Əliyevin liderliyi ilə YAP Naxçıvanda təsis olunub və onun avanqard hissəsini qeyd etdiyim regiondan olanlar təşkil edirdi. Heydər Əliyevin yenidən siyasi karyera qazanmasında nehrəmlilərin müstəsna xidməti olub. Hakim kommunist partiyasının ciddi təzyiqlərinə baxmayaraq o, Nehrəmdən deputat seçildi, sonra Naxşıvan MR cəbhəçilərinin və Naxçıvan camaatının ciddi dəstəyi ilə kommunistlərin müqaviməti qırıldı və Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri oldu. Ona görə YAP-ın hakimiyyətdə olduğu dövrdə naxşıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır. Bütün inkişaf etmiş ölkələrdə də qalib gəlmiş partiya öz tərəfdarlarını hakimiyyətə gətirir. Milli mentalitet də nəzərdən qaçırılmamalıdır.

Düzdür, belə bir deyim var, hər şey ya zamanla dəyişir, ya da bir şəxslə. Hazırına nazir olan gənc kadrlar keçmişi öyrənməsələr də, yaxud unutdurmağa çalışsalar da, eyni zamanda YAP-da təmsil olunan həmin bölgənin adamları müdrikcəsinə sussalar da fakt faktlığında qalır. YAP Azərbaycanın beynəlxalq arenada həmişə etibarlı tərəfdaş olması ilə öyünüb, bu daxildə öz tərfdarlarına münasibətdə də belə olmalıdır. Çünki indi, gərgin geosiyasi oyunların oynanıldığı bir dönəmdə, Azərbaycana həmişə olduğundan daha çox sabitlik və harmoniya lazımdır. Ona görə hakimiyyət daxilində təfriqə salmaq üçün klanlar arası savaş adı altında naxçıvanlıların təxribatçı qüvvələr tərəfindən hədəfə alınması yersizdir, ziyanlıdır. Korporativ maraqlar kənara atılmalı, dövlət maraqları hər şeydən üstün tutlmalı, insanlar siyasi mənsubiyyətinə, dövlətə sədaqətinə, bilik və bacarıqlarına, təcrübələrinə görə irəli çəkilməlidirlər. Bilik və bacarıq, təcrübə isə rus və ingilis dillərini bilmək, yaxud yaxın dost – tanış demək deyil.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2023   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr