Təhsil eksperti: "Valideynlər uşaqlarının savadsız olma riskini nəzərə almalıdırlar"
Hər il olduğu kimi bu il də birinci siniflərə qəbul üçün müraciət edənlərin sırasında rus bölməsində təhsil almaq istəyənlərin sayı kifayət qədərdir. Bu da uşaqlarının rus dilində təhsil almasını istəyən valideynlərin sayının artdığını göstərir. Hətta bəzən rus dilində danışa bilməyən valideynlər belə övladının məhz bu dildə təhsil almasını istəyirlər.
Bunlar eyni zamanda, məktəblərdəki rus dili müəlliminə tələbatı artır və nəticədə müəllim çatışmazlığı yaranır.
Maraqlıdır, ölkəmizdə rus dilinə bu qədər tələbatın səbəbi nə ilə bağlıdır?
Sonxeber.az mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, övladlarını rus sektorunda oxutmaq istəyən valideynlərin əksəriyyətinin dil bilikləri və mütaliə qabiliyyəti yox səviyyəsindədir:
"Son iki ildə artıq digər dil qruplarına qəbul üçün müraciət edənlərin valideynlərinin də dil biliyi komissiyalar tərəfindən yoxlanılır. Bir neçə il bundan öncə isə bu sadəcə formal xarakter daşıyırdı. Son illər bu məsələyə ciddi yanaşılmağa başlanılıb. Çünki statistikaya əsasən rus sektoruna daxil olan uşaqların valideynlərinin dil biliklərinin olmadığı aşkar edilib. Bu məsələ çox ciddi problemlərə yol aça bilir".
M.Məmmədli eyni zamanda rus dilinin dəbə çevrildiyini söyləyib:
"Əgər valideyn rus dilini bilmədiyi halda övladının həmin dildə təhsil almasını istəyirsə, demək ki, bu artıq dəb halını almış məsələdir. Bu səbəbdən komissiyalarda da neqativ hallar baş verir. Valideynlər ekspertlərlə əlaqə yaratmağa çalışırlar. Əvvəlcədən təyin olunan ekspertlər bir qədər loyallıq edirdilər. Valideynlər sanki, öz uşaqlarının gələcəyi ilə oynayırlar".
Məzahir Məmmədli əlavə edib ki, rus sektorunda dərs deyən müəllimlərin özlərinin elmi bilikləri aşağı səviyyədədir:
"Azərbaycanda rus sektorunda olan müəllimlərin əksəriyyəti ədəbiyyatı, tarixi bilmirlər. Valideynlər uşaqlarının savadsız olma riskini nəzərə almalıdırlar. Son 10 ilin statistikasına baxsaq, bunların hər biri aydın olar. Təəssüf ki, bu məsələləri nəzərə alan yoxdur".
Qeyd edək ki, MDB ölkələri, o cümlədən Ukrayna, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri artıq rus dilində təhsildən imtina ediblər.
Məlumata görə, Azərbaycanda təhsil alan 1,5 milyon şagirdin 130 min nəfəri rus bölməsinin payına düşür. Bu günləri 4 447 orta ümumtəhsil məktəbinin 340-da tədris rus dilində aparılır, bu da 7,6 faiz deməkdir. 90 mindən çox şagird rus dilində təhsil alır. 450 mindən çox şagird rus dilini xarici dil kimi öyrənir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1197 Tarix: 24 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrSumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun
20 oktyabrBaş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19 oktyabrPrezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
19 oktyabrBəzi yerlərdə leysan yağacaq, dolu düşəcək
Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
20 oktyabrMəleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr
20 oktyabr