İctimai yerlərdə tüpürmək, siqaret çəkmək, çimərlik paltarında gəzmək qanunla qadağandır? - AÇIQLAMA

İctimai yerlərdə tüpürmək, siqaret çəkmək, çimərlik paltarında gəzmək qanunla qadağandır? - AÇIQLAMACəmiyyətdə həllini heç cür tapmayan problemlərdən biri də ictimai yerlərdə tütün məmulatlarının istifadəsidir. Əksəriyyət dayanacaqlarda, parklarda tütün aludəçilərinin siqaret çəkərkən ətrafdakı insanları nəzərə almamasından narazılıq edir. Bunun qanunla tənzimlənməsini tələb edənlər də az deyil. Çünki siqaretin özü qədər elə tüstüsü də zərərlidir. Yəni siqaret çəkən şəxs təkcə özünə deyil, yaxınlığındakı şəxslərə də müəyyən qədər ziyan vurur. Digər narazılıq doğuran məqam isə vətəndaşların bir qisminin davranış və əxlaq normalarını pozaraq, ətrafındakı insanların reaksiyasını nəzərə almadan səkilərə rahatlıqla tüpürməsi, həmçinin əllərindəki tullantıları zibil qutularına deyil, yola atmasıdır.

Sonxeber.az xəbər verir ki, mövzu barədə Oxu.Az-a danışan hüquqşünas Əsabəli Mustafayev açıq havada siqaret çəkməklə bağlı qadağanın olmadığını deyib:

"Burada ancaq zibilləməklə bağlı irad ola bilər. İctimai istifadədə olan qapalı yerlərdə (istirahət mərkəzləri, hava limanı və buna bənzər digər yerlər) isə ancaq xüsusi ayrılmış hissələrdə tütün məmulatlarının istifadəsi mümkündür. Siqaret kötüyünü yerə atmaq isə zibilləməyə daxildir. Tez-tez dəyişdirildiyi üçün dəqiq yadımda deyil, amma bunun cərimə miqdarı təqribən 100-500 manat arasındadır".

Vəkil ictimai yerlərdəki bəzi davranışların isə xırda xuliqanlıq kimi qəbul oluna biləcəyini diqqətə çatdırıb:

"Məsələn, yerə tüpürmək, üst paltarını çıxarıb gəzmək, bərkdən qışqırmaq, cəmiyyətin qəbul etmədiyi tərzdə sözlər işlətmək xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Bununla bağlı isə həm sutkalıq həbs, həm də cərimə var. Daha çox isə cərimə tətbiq edilir. Lakin qiymətləndirmə meyarı önəmlidir, məsələn, ictimai yerdir, ancaq elə saatdır ki, küçədə heç kəs yoxdur və şəxs yerə tüpürür, buna görə polisin onu saxlayıb protokol tərtib etməsi doğru deyil. Söhbət ictimaiyyətə qarşı olan əməldən gedir. Əgər ətrafda ictimaiyyət nümayəndəsi yoxdursa, bu əməl qiymətləndirilə bilməz. Digər bəzi hərəkətlər də qanunla tənzimlənir. Məsələn, bəzi çimərliyə yaxın, amma çimərlikdən kənar yerlərdə çimərlik paltarında gəzmək qadağandır. Bir qism şəxs bu qadağanı bəyənmir, ancaq hər ölkənin milli əxlaqı, mentaliteti var və bu bizim ictimai əxlaqa uyğun olmaya bilər".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat cərimə tətbiq edilir. Müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin və görünən yerlərdə "tütün çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə isə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə ödəməlidir. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına hallarında tətbiq edilən cərimə məbləği isə 50 manatdır.

Sayad Həsənli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1393   Tarix: 24 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində "Ulu Öndər irsi - dövlətçilik və ordu quruculuğunun təməli" mözvzusunda tədbir keçirib. Bu barədə -a Hərbi Prokurorluqda

4 may
.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 08:45-də baş verən, 3.7 maqnitudalı yeraltı təkanların episentri 19 km dərinlikdə olub

5 may
.

"Gold Residence"in rəhbəri qanunsuz olaraq sahibkarların obyektini sökdürübmüş - Hökm oxundu

"Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru Cəmil Qasımov yarım milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edilir. Qaynarinfo-nun məlumatına görə, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Cəmil Qasımov barəsində Cinayət Məcəlləsini

5 may
.

Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar

Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağl

5 may
.

Gələn ay 10 gün iş olmayacaq

İyun ayında 10 gün iş olmayacaq. Bizimmedia-ya istinadən xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün - 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixlər

5 may
.

"İtaliya Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərən, regionda sabitliyi dəstəkləyən ölkələr sırasında yer alır" - Bəhruz Quliyev

"Azərbaycan - İtaliya münasibətləri artıq diplomatik əlaqələr çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan ilə İtaliya arasında formalaşan qarşılıqlı etimad həm siyasi, həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından Avropa məkanında mühüm əhəmiyyət daşıyır."

5 may
.

Həmin uşağın valideynləri tapıldı

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində

5 may
.

Bakıda müğənni əməliyyatdan sonra öldü

Bakıda müğənni Arzu Şabanov vəfat edib. -a istinadən xəbər verir ki, o, bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, onun 65 yaşı olub

5 may
.

18 may tarixində bölgələrdən Bakıya gələn bu yol müvəqqəti bağlana bilər

WUF13 zamanı bölgələrdən Bakıya gələn nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulmur. xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi polis polkovniki Namidan Piriyev deyib. Onun sözlərinə görə

5 may