Azərbaycanda psixoloqların qəbul qiymətləri niyə əlçatmazdır? - ARAŞDIRMA

Azərbaycanda psixoloqların qəbul qiymətləri niyə əlçatmazdır? - ARAŞDIRMAƏvvəlki illərdə psixoloji xidmət sahəsində mütəxəssis az olsa da, indi bu sahə ilə məşğul olanlar günü-gündən artır. Bunun da dəyişən və gərgin dünyamızın yaratdığı bir sıra obyektiv səbəbləri var. Bu gün təkcə böyüklərin deyil, məktəblilər və azyaşlıların da psixoloq xidmətinə ehtiyacları var. Bu səbəbdən son illərdə psixologiya sahəsi xeyli populyarlaşıb. Bəzən qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tuturlar. Qiymətlər isə əl yandırır. Müxtəlif problemlərlə bağlı psixoloqlara üz tutanlar qiymətlərin büdcələrinə uyğun olmadığından şikayətlənirlər.

Bəs, görəsən psixoloqların qəbul qiyməti nə qədər olmalıdır?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Elnur Rüstəmov psixoloji dəstəyə ehtiyacı olan insanların say çoxluğundan danışıb:

"Psixologiya bizim cəmiyyətin ictimai fraksiyasına çevrilib. Həyatımız sanki psixologiya üzərindədir. Psixoloji dəstəyə ehtiyacı olan insanlar çoxdur. İnsanlar arasında münasibət məhz psixologiya ilə tənzimlənir. Psixoloji yardım haqqında xüsusi qanun var. Bu qanunda psixoloji yardımın göstərilməsinin prinsipləri öz əksini tapıb. Ümumtəhsil müəssisələrində olan, həmçinin fiziki məhdudiyyətli şəxslər, məişət zorakılığına məruz qalan, müvəqqəti saxlanılma yerində, islah əmək düşərgəsində, silahlı qüvvələrdə olan insanlar psixoloji yardımı ödənişsiz ala bilirlər".

E.Rüstəmov qeyd edib ki, psixoloji yardımların verilməsi üçün hazırda peşəkar kadr çatışmazlığı var:

"İxtisaslaşmış kadrların olması olduqca vacibdir. Sırf ailə psixoloqu sahəsi üzrə ixtisaslaşma yoxdur. Kadrlara böyük ehtiyacımız olacaq. Psixoloji yardım yaxın zamanlarda sığortaya daxil olacaq. Bütün bunlar həyata keçirilsə, müəyyən qədər əlçatan olacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu öz yerini tapacaq. Kadr potensialının hazırlanması ilə bağlı Azərbaycanda bir çox ali təhsil müəssisələrində kadrlar hazırlanır".

Psixoloq əlavə edib ki, psixoloji yardımın qiyməti fərdi şəkildə müəyyənləşir:

"Psixoloji yardımın qiyməti haqda konkret söz demək mümkün deyil. Çünki dəyişkəndir. Qiymətlər psixoloqa əsasən dəyişir. Psixoloq qiyməti özü müəyyənləşdirir. Çox istərdim ki, psixoloji yardım keyfiyyətli şəkildə həyata keçirilsin. Burada incə nüanslar öz həllini tapmalıdır. Qanunvericilikdə öz həllini tapmalı, əlçatan olmalıdır".

Milli Məclisin deputatı, professor Musa Qasımlının sözlərinə görə, insanlar tək psixoloq yanına deyil, eyni zamanda psixoterapevt yanına da getməlidirlər:
"Dünyanın qabaqcıl ölkələrində ailə psixoloqları var. Kimliyindən asılı olmayaraq, demək olar ki, bütün şəxslər psixoloqa müraciət edirlər. Son illərdə bizdə də psixoloji yardım mərkəzləri açılır. İnsanlar tək psixoloq yanına deyil, eyni zamanda psixoterapevt yanına da getməlidirlər".

M.Qasımlı qeyd edib ki, ailə və məktəb psixoloqlarının sayı artırılmalıdır:

"Bu məsələ ölkəmizdə tədricən inkişaf edir. Hazırda məktəblərimizdə psixoloqlar var. Onların sayı getdikcə artırılır. Hər bir ailənin psixoloqunun olması da qətiyyən kimsəni təəccübləndirməməlidir. Çünki ailə psixoloqları dünyanın ən qabaqcıl ölkələrində var. Elə ailələr var ki, müqavilələr bağlayırlar. Müntəzəm olaraq psixoloqların köməyindən istifadə etməsələr belə, ailə bilir ki, onun hər hansı bir vəziyyətində müraciət edə biləcəyi, yaxından tanıdığı ailə psixoloqu var".

Məsələ ilə bağlı araşdırma etdik. Məlum oldu ki, Bakıda psixoloq qəbulunun bir seansı orta hesabla 30-50 manatdan başlayır. Elə psixoloji yardım mərkəzi var ki, bir seansının qiyməti 90 manatdır. Uşaqlar üçün isə qiymətlər qismən fərqlidir. Həftədə 1 dəfə, 45 dəqiqəlik seansın qiyməti 90 manat, həftədə 3 dəfə olan seansın qiyməti 250 manatdır. Uşaqlar üçün həftədə 1 dəfə keçirilən qrup terapiyasının qiyməti 50 manatdır.

Sözsüz ki, daha məşhur psixoloqlar konsultasiya üçün 80-100 manat alır, hətta bir seansa 400 manat alan psixoloqlar da var.

Psixoloq Samirə Bağırovanın 1 seansının qiyməti 100 AZN, Narınc Rüstəmova 1 seansı 80 AZN, Vəfa Əkbər 1 seansı 50 AZN, Elnur Rüstəmov 1 seansı 50 AZN, Elmir Əkbərin qəbulunun 45 dəqiqəsi 70 AZN-dir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1199   Tarix: 24 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr