Fəzail Ağamalının biznesmen oğlu məhkəməyə verildi
Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu "La Vida" MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, "La Vida" şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Elçin Ağamalı biznesmen kimi tanınır. O, eyni zamanda "Altus" MMC-nin sahibi kimi bilinir. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi.
Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1504 Tarix: 26 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsmayıllıda zəlzələ oldu
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə
19 oktyabrAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabr