Xəstəxanalarda mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tabeli tibb və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə geniştərkibli görüş keçirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun rəhbərliyilə keçirilən görüşdə tibb müəssisələrində, eləcə də elmi-tədqiqat institutlarında tibbi xidmətlərin təşkili, maddi-texniki təminat, həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi vəziyyəti, xəstəxana göndərişləri və s. məsələlər ətrafında müzakirələr aparılıb. Hər bir müəssisə rəhbərinin ayrı-ayrılıqda məruzələri dinlənilib.
Əhalinin müxtəlif növ tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, səhiyyə müəssisələrinin idarə edilməsinin, eləcə də resurs və kadr potensialının optimallaşdırılması, müalicə və elmi istiqamətlər üzrə inkişafa nail olmaq üçün beynəlxalq təcrübənin tətbiqi əsas tələb kimi diqqətə çatdırılıb.
Eyni zamanda, tibb müəssisələrinin cari problemləri, mövcud çatışmazlıqlar və problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.
Sonda Vüqar Qurbanov əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinin fəaliyyətlərində əsaslı dönüş yaratmalı olduqlarını bildirib. Həmçinin xəstəxanalarda mövcud nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün də tapşırıqlar verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı