DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir - FOTO

DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir - FOTOÖlkəmizdə "söyüd gülü" kimi daha çox tanınan "oleandr" və ya "zəqqum kolu" adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində sıx-sıx rast gəlinir.

Yarpaqları söyüd ağacına bənzədiyinə görə Azərbaycanda bu bitkiyə daha çox "söyüd gülü" deyirlər. Bu bitki yaşıllaşdırmada daha geniş istifadə olunur.

Gözəlliyi ilə valeh edən bu bitkinin görünüşünə çox da aldanmamaq lazımdır. Bu bitkinin çiçəklərinə və budaqlarına əl vurmaq çox təhlükəlidir. Xüsusən uşaqları bu güllər olan ərazidən uzaq tutmaq lazımdır. Oleandrın çiçəkləri və budaqları zəhərlidir.

Bəs təhlükəli hesab olunan bitki Azərbaycanda niyə bu qədər geniş istifadə olunur?

Məsələ iə bağlı ekspert İlkin Şəfiyevlə əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadəsi küləyə və istiyə davamlı olmasıdır.

"Abşeron yarımadasının iqliminə tam uyğunlaşmış bitkidir. Bundan başqa uzunmüddət çiçəkləməsi onun bəzək bağçılığında istifadəsini önə çəkir. Lakin bitkinin yarpaqlarının şirəsi zəhərlidir. Əgər insan şirəni daxilə qəbul edərsə, zəhərlənmə baş verə bilər. Bundan başqa çiçəklərinin ətri xəstə insalara pis təsir edə, güclü təsiri olmasa da başağrısı verə bilər. Bitki zəhərli hesab olunur. çünki, tərkibində neriolin və kornelin adında alkaloidlər var ki, bunlar da zəhərlidir" - deyə o bildirib.

Bəs Bakıda insanarın sıx yaşadığı ərazilərdə zəhərli olendrlar çıxarılaraq yerinə təhlükəsiz gül kolları əkilməsi məsələsi gündəmə gələ bilərmi?

Yaşıllaşma Təsərrüfatı Birliyi BAKU.WS-in bu sualına aydınlıq gətirib. Qurumdan bildirilib ki, "zəqqum gülü" paytaxtın park və digər istirahət guşələrində əkilməyib. "Bu bitkilər əsasən yol kənarlarında insanlarımızın az olduğu məkanlarda əkilib. O, ki qaldı olendrların zəhərli olmasına. Biz bu barədə fikir bildirə bilmərik. Bu Botanika İnstitutunun səlahiyyəti çərçivəsində olan bir məsələdir. Bizim qurum olendrın əkilməsi və onların suvarılması işini həyata keçirir", - deyə qurumdan bildirilib.

Hətta oleandırn zəhərli olması barədə məşhur bir rəvayət də mövcuddur. Nəql edilir ki, Makedoniyalı İsgəndər Hindistana yürüşü zamanı ordusunun əsgərləri bir ərazidə gecələyirlər. Əsgərlər oleandrın budaqlarını sındıraraq şiş düzəldib kabab çəkib yeyirlər. Oleandrın budaqlarından hazırlanmış şişə şəkilən kababı yeyib yatan əsgərlər səhər kütləvi şəkildə zəhərlənərək ölüblər.
DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir - FOTOAMEA-nın Botanika İnstitunun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva isə BAKU.WS-ə açıqlamasında bildirdi ki, olendrın xüsusi ilə insanların sıx yaşadığı ərazilərdə əkilməsi təhlükəlidir.

"Bu bitkiləri geniş şəkildə gözəl görünüşünə görə əkirlər. Onu şəhərdən kənar yerlərdə, insanların az hərəkət etdiyi yollarda istifadə etmək olar. Hətta mən bu yaxınlarda Mərkəzi Nəbatət Bağının girəcəyində bu güldən əkmişdilər. Mən oranın işçilərinə dərhal iradımı bildirdim"
DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir - FOTOHəmçinin direktor qeyd etdi ki, oleandrı Azərbaycana xas və zəhərsiz bitkilərlə əvəzləmək mümkündür:

"Ətrafı gözəlləşdirmək üçün kol rozalardan, onların sarmaşan növlərindən istifadə etmək olar. Böyük bitkilərdən isə həmişəyaşıl ağaclar çoxdur, onlardan istifadə etmək olar. Oleandrın parklarda, bağlarda və xüsusilə körpə uşaqların oynadığı yerlərdə əkilməsi qəti qadağan olmalıdır."

Sonda ümid edirik ki, aidiyyəti şəxslər zəhərli olduğu deyilən olendr gülləri ilə bağlı geniş açıqlama verəcəklər. Bu güllər həqiqətən öldürücüdürsə onda həmin bitkiləri yol kənarından çıxaracaqlar. Yox əgər təhlükəsizdirsə bu haqda geniş, müfəssəl açıqlama veriləcək. İnsanlarımız da bundan sonra rahat şəkildə uşaqlarının əllərindən tutub parklarda istirahət edib əylənə biləcəklər.
DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir - FOTODİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7068   Tarix: 26 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"

İstanbulda müşahidə olunan güclü leysan yağışları sel, daşqın və şəhərdaxili su basmaları riskini yenidən gündəmə gətirib. Azərbaycanda da intensiv yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, dağlıq ərazilərdə sel hadisələrinə və şəhərlərdə infrastrukturla bağlı problemlərə səbəb ola bilər. Bel

20 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr
.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr