Azərbaycanda həbs olunan icra başçılarına verilən cəzalar - VİDEO

Azərbaycanda həbs olunan icra başçılarına verilən cəzalar - VİDEOÖlkədə sayca səkkizinci icra başçısı həbs olunub. Söhbət İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevdən gedir.

Məhkəmənin hökmü ilə o, ömrünün 12 ilini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq. Üstəlik, keçmiş icra başçısının 5 milyon 344 min manatlıq əmlakı da müsadirə edilib. Xatırladaq ki, 2 il öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Vilyam Hacıyev mətbuata 124 manata kirayə yaşadığını desə də, evindən və kabinetindən milyonlar çıxıb.

Vilyam Hacıyev həbs həyatı yaşayan yeganə sabiq icra başçısı deyil. İcra başçılarının həbs dalğası 3 il əvvəl, 2019-cu ilin dekabrından başlayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafada keçirdiyi əməliyyatla icra başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbsə məhkum edilən sabiq icra başçısı koronavirus səbəbindən ötən ilin sentyabrında vəfat edib.

Nizaməddin Quliyevlə eyni vaxtda Yevlaxın eks-icra başçısı Qoca Səmədov da saxlanılıb. Ötən ilin sentyabrında məhkəməsi yekunlaşan sabiq başçı barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib. Bu ilin yanvar ayında isə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Qoca Səmədovun cəzası 6 ilə endirilib. Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinən Qoca Səmədovun özünə və yaxınlarına məxsus xeyli sayda ev, torpaq sahələri, obyektlər müsadirə olunub.

Əməliyyatın davamı kimi 2020-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti Neftçalaya üz tutub. İcra başçısı İsmayıl Vəliyevlə birgə birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri də dəmir barmaqlıqlar arxasına yollanıb. Ötən ilin oktyabrında İsmayıl Vəliyevin cinayət işi üzrə də məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, sabiq başçı 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun da xeyli əmlakı müsadirə olunub. Bu ilin mayında isə İsmayıl Vəliyevin cəzası 4 ay azaldılıb.

2020-ci ilin aprelin 29-da isə rüşvətxor məmurların kabusuna çevrilən əməliyyatçılar Biləsuvara baş çəkiblər. İcra başçısı Mahir Quliyev kabinetindəcə saxlanılıb. Bu ilin martında isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə onun Bakıdakı 1 milyon manatlıq 2 mənzilini və 62 min manatlıq "Audi" markalı avtomobilini müsadirə edib. Həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə ödəniləcək 125 min manatlıq mülki iddianı təmin edib.

Üç aylıq fasilədən sonra bu dəfə Baş Prokurorluq daha bir icra başçısını "ovlayıb". Avqustun 19-da Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov saxlanılıb. 2021-ci ilin oktyabrında Ceyhun Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olanlardan daha biri 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovdur. Məhkəmənin verdiyi hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Zeynalovun da bazar dəyəri 2 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə olunub.

Həbs həyatı yaşayanlardan biri də Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur. Bu ilin mayında onun barəsində seçilmiş həbs müddəti daha 5 ay uzadılıb. Alimpaşa Məmmədov 2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Araşdırmalar göstərir ki, icra başçıları Cinayət Məcəlləsinin təxminən eyni maddələri ilə - rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunub. Vurduqları ziyan və aldıqları rüşvət isə üst-üstə gəlsək, milyardlarla manat edir. Millətin, dövlətin pulu hesabına yağ-bal içərisində yaşayan bu cür məmurların həzin sonu bir daha hər kəsə ibrət olmalıdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1602   Tarix: 26 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"

İstanbulda müşahidə olunan güclü leysan yağışları sel, daşqın və şəhərdaxili su basmaları riskini yenidən gündəmə gətirib. Azərbaycanda da intensiv yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, dağlıq ərazilərdə sel hadisələrinə və şəhərlərdə infrastrukturla bağlı problemlərə səbəb ola bilər. Bel

20 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr
.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr