Dövlət qulluğuna imtahanlarda yeni tarif təsdiqlənib
Dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifi 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilib.
Bu barədə qərar Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında qərar qəbul edilib.
Qərar Tarif (qiymət) Şurası üzvlərinin təklifləri əsasında il ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı müəyyən olunub.
Məlumata görə, iclasda qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, "Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddətinin hər ili ərzində 5 dəfədən artıq müsahibədə iştirak üzrə ödənişin dövlət qulluğu vəzifələrinin qrupundan asılı olmayaraq bir iştirak üçün 50 manat səviyyəsində müəyyənləşdirilməsinə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının bir mərhələdə, bakalavriat səviyyəsinə isə qəbul imtahanlarının iki mərhələdə keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün yeni test tapşırıqları bazasının işlənməsi, imtahanların təşkili xərclərinin artması kimi məsələlər nəzərə alınmaqla, tələbə qəbulu üzrə yeni xidmətlər üzrə tariflərin müəyyən olunması və bəzi imtahan növləri üzrə isə təsdiq edilmiş tariflərin dəyişdirilməsinə dair Dövlət İmtahan Mərkəzinin müraciətinə baxılıb.
Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı