Qəbul imtahanlarından narazılıq: "Fənlərin sayı azaldılsın, təhsil müddəti üç il olsun" – FOTO

Qəbul imtahanlarından narazılıq: "Fənlərin sayı azaldılsın, təhsil müddəti üç il olsun" – FOTOAli məktəblərə qəbul imtahanları yekunlaşsa da, ətrafındakı müzakirələr bitmək bilmir. Qəbul imtahanlarının ümumiyyətlə ləğvi və yaxud fənlərin sayının azaldılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər irəli sürülür. Mütəxəssislər hesab edirlər ki, abituriyentin seçdiyi ixtisas qrupunda o qədər də əhəmiyyəti olmayan fənlər var. Şagird də sırf həmin fənnə görə aşağı nəticə göstərir və istədiyi ali məktəbə daxil ola bilmir.

Hətta qəbul imtahanlarının ləğv olunmasını təklif edənlər də var.

Xatırladaq ki, ötən ay təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan "Hədəf" verilişində valideynlərin fənlərin çoxluğundan şikayətləndiklərini bildirib. Nazir şikayətləri haqlı hesab etdiyini, bu məsələni gündəmdə saxladığını əlavə edib.

Maraqlıdır, növbəti ildə qəbul imtahanlarında fənlərin sayının azaldılması gözlənilirmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, gənclərin ali məktəblərə qəbulunu asanlaşdırmaq lazımdır:
Qəbul imtahanlarından narazılıq: "Fənlərin sayı azaldılsın, təhsil müddəti üç il olsun" – FOTO"Ali məktəblər giriş qapılarını tələbələrin üzünə geniş açmalı, çıxış qapılarını daraltmalıdır. Təəssüf ki, biz çətin imtahanları giriş qapısında aparırıq. Lakin tam əksi olmalıdır. Diplomda güzəşt olmalı deyil. Savadlı kadr yetişdirmək üçün bunu etməlidirlər. Sərbəstliyi özümüzdən uzaqlaşdırmışıq. Yenilik edəndə onu dərk etməli, fəlsəfəsini başa düşməliyik".

Təhsil eksperti Ramal Şəmşədli yersiz fənlərin çoxluğundan danışıb:

"Ümumi olaraq ballara nəzər yetirsək, görərik ki, nəticələr olduqca aşağı oldu. Bunun ən böyük səbəbi düzgün qrup və ixtisasların müəyyənləşdirilməməsidir. Kimin bacarıqları hansı istiqamət üzrədirsə, oraya da yönəlməlidir. 9-cu sinifdən artıq qruplar məlum olmalıdır. O qədər hazırlaşanlar var ki, onların çoxunun bilik və bacarıqları seçdiyi qrupa uyğun deyil".

R.Şəmşədli əlavə edib ki, fənlərin sayı maksimum dərəcədə azaldılmalıdır:
Qəbul imtahanlarından narazılıq: "Fənlərin sayı azaldılsın, təhsil müddəti üç il olsun" – FOTO"Ölkəmizdə yüzlərlə tələbə attestatla xaricə üz tutur. Hər hansı ölkə vətəndaşı bizim dilimizi bilməyə-bilməyə burada oxuya bilir, öz vətəndaşımız təhsil ala bilmir. Gedib Avropada təhsil ala bilirsə, biz niyə altı-yeddi fənnə yüklənmişik? Fənlərin sayı üçə endirilməlidir".

Ekspert gənclərin savadsızlığa doğru irəlilədiklərini qeyd edib:

"Təhsilimizin çatışmayan cəhətləri çoxdur. Bu il də 700 bal toplayan olmadı. Fikrimcə, orta məktəb 12 illik olmalıdır. Universitet təhsili üç ilə endirilməlidir. Gənclər savadsızlığa, boş əzbərçiliyə doğru gedirlər. Əzbərçilik də inkişaf yolu deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1272   Tarix: 28 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vərəm dərmanlarının tədarükü: Məhkumların sağlamlığı məsələsində güzəşt ola bilməz - AÇIQLAMA

Vərəm xəstəliyinə qarşı dərman preparatlarının cəzaçəkmə müəssisələrinə tədarükü üçün əvvəllər barəsində inzibati xəta protokolu tərtib edilmiş şirkətlə müqavilə bağlanması dərmanların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaradır. Bununla belə, şirkətin əvvəlki pozuntusunun nə ilə bağlı olduğ

20 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video

Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb. xəbər verir ki, müvafiq kadrları Ermənistanın nəşri tirajlayıb. Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzuru

20 oktyabr
.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr