"Biz 30 il əvvəl səhv edib müharibəni seçdik" – Erməni deputatdan İLGİNC ETİRAF
30 il əvvəl, imperiyanın dağıldığı bir vaxtda biz yenidən ölümü və müharibəni seçdik. "Qalib" gəldik və qürurdan kor olanda səhv etdik".
Konkret.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş səhiyyə naziri, hakim "Mülki müqavilə" partiyasından olan deputat Arsen Torosyan deyib:
"Həyat qiymətsizdir. Bunun əksini irəli sürmək ölümü və müharibəni təbliğ etməkdir. Əsrlər boyu bizə bunun əksi deyilsə də, ölüm heç vaxt həyatdan dəyərli ola bilməz. Özünü "milli" elan edən partiyalar tərəfindən bu fikirlər təbliğ edilir. Biz isə bu təbliğata boyun əyərək həyatı yox, ölümü seçdik. Və bu təbliğat indi də davam edir. Nə vaxta qədər həyatı yox, ölümü seçməliyik? Nə vaxta qədər yanılmalıyıq? Ümumi məhvə məhkum olmalıyıq? Səhv etdiyimizi etiraf etməliyik" – erməni deputat vurğulayıb.
"Biz 100 il əvvəl Avropa şəhərlərində imzalanan bəzi sənədləri yer üzündəki reallıqdan üstün tutmaqla səhvə yol verdik. Bu günə qədər biz öz səhvlərimizi etiraf etmirik. Yer üzündəki reallıqla üzləşməkdən imtina edirik və ölümü seçirik. Bizim obyektiv reallığı inkar edib, öz şıltaqlığımıza uyğun şəkildə eyni səhvləri təkrar etməyə haqqımız yoxdur", – deyə Torosyan fikirlərini tamamlayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1855 Tarix: 02 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr