"Qəhrəman əsgərlərimiz şəhidimizin qisasını artıqlaması ilə alacaqlar" - DEPUTAT
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü, səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bu gün erməni terrorçularının növbəti təxribatları nəticəsində şəhid olan əsgərimizə Allahdan rəhmət diləyərək, ailəsinə, doğmalarına səbr arzulayıb:
"Əminəm ki, qəhrəman əsgərlərimiz şəhidimizin qisasını artıqlaması ilə alacaqlar. Ermənilər başa düşməlidir ki, Azərbaycan əsgərinə atəş açmaq onlara baha başa gələ bilər.
Təxribat Qarabağın Laçın rayonunda, Rusiya sülhməramlılarının məsuliyyətində olduğu ərazidə baş verib. Əfsuslar olsun ki, bu, nadir hal deyil. Son günlər qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatlar intensiv xarakter daşımağa başlayıb. Bunun əsas səbəbi isə, Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmaq, nizamlanma prosesində vaxtı uzatmaqdır.
Konkret olaraq, 10 noyabr üçtərəfli razılaşmaya görə, erməni silahlıları tam şəkildə Qarabağdan çıxarılmalı, Zəngəzur dəhlizi açılmalı, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılmalı idi. Lakin bu müddəalar icra olunmadı. Bölgədə gərginlik qalmaqdadır. Nə qədər ki, Ermənistan öhdəlikləri yerinə yetirməyib, sülhün əldə olunmasından danışmaq tezdir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2573 Tarix: 03 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun
20 oktyabrTələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18 oktyabrBakıda bu bağçada nöqsanlar AŞKARLANDI
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy
20 oktyabrPrezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrBəzi yerlərdə leysan yağacaq, dolu düşəcək
Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
20 oktyabrMəleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr
20 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabr