Sosial şəbəkələrdə erməniləri ifşa etməyin yolları

Sosial şəbəkələrdə erməniləri ifşa etməyin yolları"Ermənilərin öz yaratdıqları saxta tarixləri barədə onlara sual verəndə çaşırlar. Bu üsuldan çox istifadə etmişəm".

Bu fikirləri Oxu.Az-a müsahibəsində Bakı Dövlət Universitetinin Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi, ermənişünas İsmayıl Tanrıverdi deyib.

Onunla ermənilərin sosial mediada etdikləri saxtakarlıqlar və bu saxtakarlıqların yerindəcə necə ifşa olunması ilə bağlı söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:

- Ermənilər sosial mediada saxta adlarla dezinformasiyalar yayırlar. Onları necə tanımaq olar?

- Ermənilər o qədər saxtakardırlar ki, onları ayırd etmək bir qədər çətindir. Bunun üçün gərək ermənilərin xarakterinə bələd olasan.

- Dezinformasiyalara daha çox hansı sahələrdə rast gələ bilərik?

- Dezinformasiyalara sosial şəbəkələrdə daha çox rast gəlirik. Yayılan hər hansı bir xəbərə olan münasibət, şərh bildirmək məsələsində bizdən daha aktivdirlər. Həmçinin sözün əsl mənasında dezinformasiya sahəsində çox peşəkardırlar. Yalan xəbəri elə bir şəkildə uydururlar ki, özün də düşünmədən inanırsan. Amma araşdırdıqdan sonra xəbərdə nə qədər dezinformasiyaların olduğunu görürsən. Sahədən asılı olmayaraq ermənilər bu məsələdə ustadırlar.

- Ermənilərin yaydığı dezinformasiyalardan özümüzü və ətrafımızı necə qoruya bilərik?

- Ancaq araşdırma vasitəsilə. Çünki dezinformasiya yayan saytlar kimi, düzləri yazan erməni saytları da var. Hər iki tərəfin yaydığı xəbəri qarşılaşdırıb nəticə çıxarmaq olar. Məsələn, dünən erməni mətbuatı Azərbaycan tərəfdən 29 nəfər itki, 60 nəfərə qədər yaralı olduğu barədə dezinformasiya yaydı. Lakin müxalifət saytlarını yoxlayanda gördüm ki, bunun yalan xəbər olduğunu, bir nəfər itkinin olduğunu yazıblar.

- Bu günlərdə sosial mediada Xankəndidə yaşayan erməni qadının Azərbaycan dilində danışarkən çəkilən videosu yayıldı. Lakin Azərbaycanda perspektiv görmədikləri üçün erməni dilini öyrənməyə maraq göstərmirlər. Ümumiyyətlə, azərbaycanlıları erməni dilini öyrənməyə təşviq etmək lazımdırmı?

- Əvvəllər erməni dilini öyrənmək lazım deyildi, lakin artıq vacibdir. Ermənilər bizimlə düşmənçilik edirlər və ona görə də biz düşmənimizin dilini bilməliyik. Dünya praktikasında da var ki, düşmənin dilini bilmədən ona qalib gəlmək mümkün deyil.

Biz erməni dili dərslərinə başlayanda ilk devizimiz belə olub ki, düşmənlə öz dilində mübarizə aparmaq üçün onun dilini öyrənirik. Ermənilər arasında bizim dili yaxşı bilənlər olsa da, onlarda "ə, ö, ü" hərfləri olmadığına görə tələffüzlərində səhv buraxa bilirlər. Erməni dilini bilən şəxs də bunu daha tez anlayır. Məsələn, "fındıq" sözünün tələffüzündə problem yaşadıqlarına inanmırdım, lakin ermənilərlə söhbət edərkən birdən yadıma düşdü və bu sözü tələffüz etmələrini istədim. O da dedi ki, bu sözü tələffüz etməyə nə var? "Pındıx". Dillər arasında hərf, səs dəyişkənliyi mütləq özünü büruzə verir.

- Bəs Azərbaycanda neçə nəfər erməni dilini öyrənmək üçün sizə müraciət edib?

- Erməni dili öyrənmək istəyənlərin sayı son zamanlar çoxalıb. Maraqlısı budur ki, əsas üstünlüyü xanımlar təşkil edirlər. Bilmirəm, nədənsə xanımlarımız bu dili daha yaxşı qavrayırlar. Bakı Dövlət Universitetində Erməni Araşdırma Mərkəzi adlı müstəqil mərkəz yaradılıb. Hər cür şərait var. İşçilərimiz öz tələbələrimdən ibarətdir. Sentyabrda yenidən dərslərə başlayırıq. Ümumilikdə hazırda 40 nəfərə yaxın tələbəmiz var.

- Jurnalistlər üçün erməni dilinin tədris olunması ilə əlaqədar layihəniz var?

- Bu haqda universitetimizin rektoru qarşısında məsələ qaldırmışıq. Sentyabrda nəticə bəlli olacaq. Ehtimal ki, sentyabrdan dərslərə başlamaqla bağlı müsbət nəticə əldə edəcəyik.

- Erməniləri həm sosial mediada, həm də üz-üzə ikən hansı suallarla ifşa etmək olar?

- Üz-üzə olanda onların tələffüz etməkdə çətinlik çəkdikləri sözlərlə bağlı suallar vermək olar. Lakin ermənilərin öz yaratdıqları saxta tarixləri barədə onlara sual verəndə çaşırlar. Bu üsuldan çox istifadə etmişəm. Sosial mediada onlarla çox problemim var, məndən tez-tez şikayət edirlər. Azərbaycanlı adı ilə də yazırlar, lakin yerindəcə ifşa edirəm.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1032   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Qeyd edək ki, hazırda səhiyyə nazir

2 iyul