Buzdux dağı və nəzarətə götürülən digər yüksəkliklərin strateji əhəmiyyəti - Polkovnikdən AÇIQLAMA

Buzdux dağı və nəzarətə götürülən digər yüksəkliklərin strateji əhəmiyyəti - Polkovnikdən AÇIQLAMABu gün Azərbaycan Ordusu bölmələrinin ərazidə apardığı dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklərə nəzarəti bərpa edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sonxeber.az xəbər verir ki, yüksəkliklərin strateji əhəmiyyəti barədə Oxu.Az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, bu mövqelər Azərbaycan Ordusunun bölmələrinə separatçıların bundan sonra törətməyə cəhd edəcəyi təxribatların qarşısını almağa imkan verir:

"Ordumuz Suqovuşan, Sərsəng və Murovdağa çıxışı olan böyük bir ərazini nəzarət altına alıb. Bununla da qarşı tərəfin təminat yollarına, mövqelərinə tam nəzarət edə bilirik. Bu, düşmənin o ərazidə apara biləcəyi terrorçu fəaliyyətlərə qarşı qabaqlayıcı tədbirlər görə bilmək deməkdir. Bundan əvvəl verilən məlumatlar da onu göstərir ki, "Qisas" antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə qanunsuz erməni silahlılarının tutduğu mövqelərə nəzarəti gücləndirib. Ümumiyyətlə nəzarət etdiyimiz ərazilər nə qədər genişləndirilsə, o qədər yaxşıdır. Texniki müşahidə vasitələri o ərazilərdəki bütün dəyişikliklərdən, mövqelərdə aparılan işlərdən xəbərdar olmağımıza imkan verir".

Hərbi ekspert hesab edir ki, Azərbaycan gələcəkdə Üçtərəfli Bəyanatın dördüncü bəndini (erməni silahlı birləşmələrinin bölgədən çıxarılması -red.) güc vasitəsilə yerinə yetirməli olsa, bu mövqelər proses üçün kifayət qədər əlverişlidir:

"Daha effektiv nəticələr alına bilər. Bu mövqelər Azərbaycan bölmələrinə imkan verəcək ki, mövcud istiqamətlərdən əldə edilən məlumatlar əsasında düşmənlə təmasa girmədən onların bütün mövqeləri dağıdılsın, qanunsuz silah daşıyanlar tərk-silah edilsin. Dediklərim bundan sonra rahatlıqla baş tutacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2058   Tarix: 06 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr