Laçında və Zabuxda qanunsuz məskunlaşmış hayların son durumu… - Köç başladı… - VİDEO
Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "ərazi idarəetmə və infrastruktur naziri" ilə görüşdən sonra Zabuxdakı haylar ümidsiz vəziyyətdə qalıblar.
Bu haqda Xankəndindəki üzdəniraq "Artsax" telekanalının reportajında bəhs edilir.
"İnsanlar kəndi tərk etmək çağırışını ağrı ilə, bəziləri həyəcanla, bəziləri təmkinlə qəbul ediblər. İndi mövcud əhval-ruhiyyəni, hissləri təsvir etmək və qeyri-müəyyənliyini başa düşmək daha çətindir"- reportajda belə deyilir.
Erməni müxbir həyasızcasına bu Azərbaycan ərazisini "Kaşataq rayonu" və "qədim erməni torpağı" adlandırır:
"Kaşataq rayonunun sonuncu sakinləri bu günlərdə doğma yurd-yuvasının, qədim erməni torpağının şirinliyindən zövq alırlar ki, sabahın həsrəti bir az asan olsun".
P.S. Bunu necə qarşılamaqlarından asılı olmayaraq haylar Rusiyanın dəstək verdiyi Ermənistanın işğalından sonra 30 ildən çox qanunsuz məskunlaşdıqları Azərbaycan torpaqlarını tərk etməlidirlər. Və bütün beynəlxalq təşkilatlar onlara anlatmalıdır ki, bundan sonra "qaçqın" düşmələrində, əzab-əziyyət çəkmələrində Azərbaycan xalqının və dövlətinin zərrə qədər günahı yoxdur. Bütün günah işğalçı, separatçı, faşist xislətli lider və hakimiyyətlərində, diaspor və lobbilərində həmçinin onları Azərbaycana qarşı işğal və soyqırımlara təhrik edən xarici güclərdə, xüsusən də Rusiyanın imperiyapərəst rəhbərliyindədir…/Moderator
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir