Addım-addım və qətiyyətlə - Laçın şəhəri təmizləndikdən sonra növbə Qarabağındır

Addım-addım və qətiyyətlə - Laçın şəhəri təmizləndikdən sonra növbə QarabağındırPrezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həm beynəlxalq aktorlara, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinə ciddi mesajlar ünvanlayıb. Ölkə rəhbəri bildirib ki, "Qisas" əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri idi. Həmçinin Prezident ermənilərin torpaqlarımızdan, o cümlədən Laçından çıxarılmasının vacibliyini söyləyib. Dövlət başçısı diqqətə çatıdırıb ki, Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar aparmasına kimsə mane ola bilməz.

Prezidentin müsahibəsindəki ismarıcları "Report"a təhlil edən Bakı Politoloqlar Klubunun rəhbəri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov deyib ki, regional və buradakı proseslərdə maraqlı olan aktorlar səslənən bəyanatlardan dərs götürməlidirlər:

"Dövlət başçısı bizim nəyi, nə zaman, necə etməyi bildiyimizi bir daha xatırlatdı. Əsas hədəflərin bizim üçün məlum olduğunu bildirdi. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan öz ərazisində istənilən vaxt hərbi əməliyyatlar apara bilər. Yəni qanunsuz erməni hərbi birləşmələri torpaqlarımızdan çıxmazlarsa, biz yeni antiterror əməliyyatlarına başlaya bilərik. Çox güman ki, Laçın şəhəri boşaldıldıqdan sonra həll edilməli növbəti məsələ erməni terrorçularının Qarabağdan çıxarılması olacaq. Prezidentin Qarabağdakı ermənilər haqqında söylədikləri də ciddi mesajdır. Onlar ölkəmizdə digər etnik qruplar kimi yaşayacaqlar, ermənilərə heç bir əlavə imtiyaz, hüquq verilməyəcək. Son vaxtlar bəzi dövlətlər ermənilərə hansısa statusun verilməsi məsələsini gündəmə gətirirlər. Onlar başa düşməlidirlər ki, bunlar sadəcə illüziyadır".

Z.Məmmədovun sözlərinə görə, hazırda regional proseslərdə əsas siyasi oyunçu Azərbaycandır:

"Artıq beynəlxalq aktorlar Azərbaycanın dövlət maraqlarını nəzərə alırlar və bizimlə hesablaşırlar. Ermənistan, o cümlədən Qarabağdakı ermənilər də yeni reallığı qəbul etməlidirlər. Həm Ermənistan iqtidarı, həm də müxalifəti artıq yeni mərhələnin başlandığını anlamalıdırlar. Əslində, onlar vəziyyətin nədən ibarət olduğunu bilirlər. Əks halda, əvvəl olduğu kimi, yenə də etirazçıların müxtəlif bəyanatlarını, aksiyalarını görərdik. Lakin bu dəfə belə mitinqlərin şahidi olmadıq. Müxalifət proseslərin hansı istiqamət üzrə inkişaf edəcəyini anlayır. Sadəcə, müxtəlif siyasətçilər bəzən ənənələrinə sadiq qalaraq xalqı aldatmağa çalışırlar. İrəvan bilməlidir ki, Azərbaycana qarşı ərazi iddiaları davam edərsə, biz də tarixi torpaqlarımız olan Zəngəzur, İrəvan və Göyçənin taleyi məsələsini gündəmə gətirə bilərik".

Politoloqun fikrincə, rəsmi Bakı bundan sonra da tələblərinin yerinə yetirilməsinə nail olacaq:

"Ermənistan ən çox Qarabağdakı Rusiya sülhməramlıların mövcudluğuna arxayın idi. Qarşı tərəf elə düşünürdü ki, Azərbaycan bunu nəzərə alıb əməliyyatlara başlamaz. Hətta ola bilsin ki, İrəvan Bakı ilə Moskva arasında münasibətlərin pozulacağına ümid edirdi. Lakin biz "Qisas" əməliyyatı nəticəsində sülhməramlılarla hansısa fiziki təmasa ehtiyac olmadığını göstərdik. Azərbaycan hava yolu ilə düşmənin istənilən hədəfini məhv edə bilər. İkinci bir tərəfdən, Ukraynadakı müharibə, Türkiyə və Azərbaycanla dialoqu nəzərə alan Rusiya başa düşür ki, biz yeni istək irəli sürmürük, sadəcə, üçtərəfli razılaşmanın şərtlərinin icra olunmasını tələb edirik. Laçın dəhlizinin ləğvi və onun yeni yolla əvəz edilməsi, həmçinin qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması bizim əsas tələblərimiz sırasındadır. Terrorçuların Qarabağdan çıxarılması məsələsində, əlbəttə, sülhməramlıların üzərinə böyük məsuliyyət düşür".

Analitik düşünür ki, Laçın dəhlizinin ləğvi ciddi nəticədir:
"Çünki onlar bu yolla Qarabağın dağlıq hissəsinə gedirdilər. Biz yenə onlara bu şansı veririk. Lakin daha söhbət dəhlizdən yox, yoldan gedir. Ermənistan özünü qeyri-adekvat apararsa, ərazidə keçid məntəqələri yaradıla, giriş-çıxış məhdudlaşa bilər. Hazırda Qarabağın dağlıq hissəsində yaşayan 10 min erməni saylarının azalmamasını istəyirsə, sülhü arzulayırlarsa, ən yaxın zamanda Azərbaycana inteqrasiya olmalıdırlar".

"Düşünürəm ki, ermənilər dedikləri kimi, avqustun 25-nə qədər Laçından çıxacaqlar. Bəzi xarici media orqanları onların doğma yurdlarını tərk edəcəklərini yazırlar. Bu, tamamilə absurddur. Ermənilər Laçına 1994-cü ildən sonra gəliblər. Onların əksər hissəsi Livan və Suriyadan köçürülüblər. Digər ərazilərdə, o cümlədən Xankəndi və Ağdərədə yaşayan ermənilər başa düşməlidirlər ki, düzgün yolu seçməsələr, onları da eyni tale gözləyir. Prezident çox konkret formada bizi kimsənin dayandıra bilməyəcəyini söylədi. Bu, həm qonşu dövlətlər, həm də Qərb üçün ciddi ismarıcdır. Ermənilər də daha kimsəyə ümid etməməlidirlər. Azərbaycan kimsədən soruşmadan öz torpaqlarında istənilən addımı ata bilər. Beynəlxalq güclər isə maraqlarının təmsil olunmalarını istəyirsə, Bakının yanında olmalıdırlar", - politoloq vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1511   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr