Prezidentin son bəyanatlarının məğzi: İrəvana vaxt qoydu, Zəngəzur dəhlizi, status olmayacaq!

Prezidentin son bəyanatlarının məğzi: İrəvana vaxt qoydu, Zəngəzur dəhlizi, status olmayacaq!Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibə zamanı postmünaqişə reallıqları fonunda baş verən son hadislərə toxunub. Prezidentin çıxışında toxunduğu bir çox məsələ diqqət çəkib.

İstənilən zaman əməliyyat apara bilərik

Prezident müsahibə zamanı bir müddət öncə Azərbaycan silahlı qüvvələrinin keçirdiyi "Qisas" antiterror əməliyyatından danışıb. Ölkə başçısı qeyd edib ki, "Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz".
Ölkə başçısı bununla faktiki olaraq "Qisas" antiterror əməliyyatının bənzərinin bundan sonra da ola biləcəyi mesajını verir. Aydın məsələdir ki, əməliyyat uzun çəkmədi və daha çox qarşı tərəfi çəkindirmək qorxutmaq və təbii ki, regionda maraqlı qüvvələrin nəbzini yoxlamaq mahiyyətini daşıyırdı. Əməliyyat sonrası baş verənlərə baxdıqda Qisas əməliyyatının öz misyasını uğurla başa vurduğunu demək olar.
Bu əməliyyatlar həm də Ermənistanda bərpa edilməyə çalışılan "cəngavər" obrazını yenidən dağıtdı. Bakı psixoloji üstünlüyün mənimənilməsinə icazə vermədi.
Prezident bir daha qeyd etdi ki, biz öz torpağımızda istənilən zaman istənilən əməliyyat apara bilərik. Ölkə başçısı bununla bir daha antiterror əməliyyatlarının miqyasının genişlənə biləcəyi və hər an yenidən başlaya biləcəyi mesajını da vermiş oldu.

Qarabağda ermənilərin heç bir statusu olmayacaq!

Prezident müsahibə zamanı vacib məqamlardan biri olan Qarabağda yaşayan ermənilərin statusu məsələsinə toxunub. Prezident bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Ümumiyyətlə ermənilərin hansısa xüsusi imtiyazı olmayacaq. Yəni Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə.

Bir çox hallarda bu məsələyə lazımınca diqqət verilməsə də ermənilərə xüsusi imtiyaz status vermək olduqca riskli bir addımdır. Məsələ ondadır ki, bu gün Azərbaycanda irili-xırdalı bir çox fərqli etnik xalqlar yaşayır. İndiki məqamda rəsmi Bakının ermənilərə xüsusi imtiyaz tanıması bu xalqları narazı sala bilər. Prinsip etibarilə bu gün Azərbaycanda yaşayan ləzgilər, talışlar və digər etnik xalqlar ermənilərdən daha çox bu ölkəyə xidmət edib.

Ölkə başçısının bu məsələdə israrlı olması əslində uzaqgörən siyasətin təcəssümüdür. Prezident yaxşı başa düşür ki, bu gün rəsmi Bakıdan ermənilərə xüsusi imtiyazın verilməsi tələb edənlər gələcəkdə ölkə daxilində yeni etnik qarşıdurmaların zəminini hazırlayır. Buna görə də Azərbaycanın unitar bütünlüyünü pozacaq belə bir addım heç bir halda qəbul edilə bilməz.

Prezidentin "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi" deməsi hesab edirəm bu mövzuda yekun qərar kimi qiymətləndirmək olar. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, ermənilərin də hüquqları elə qorunacaq. Əlbəttə bununla razı olmaq istəməyən ermənilər Ermənistana köçə bilər.

İrəvana vaxt qoydu. Zəngəzur dəhlizi...

Prezidentin müsahibəsində diqqətçəkən bir digər məqam da onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu. "Biz Ermənistanla sülh danışıqlara başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik" Prezident deyib.
Zəngəzur dəhlizi Prezidentin üzərində dayandığı və israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Əslində bunu anlamaq elə də çətin deyil. Çünki Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin gündəliyində olmayan və məhz cənab Prezidentin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının mətninə daxil edilən bir məsələdir. Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqətçəkən məsələdir. Prezidentin hər dəfə bu məsələyə toxunması artıq erməni-rus rəsmilərinin də siyasi leksikonuna yer alıb.
Prezident açıqca qeyd edir ki, ermənilər delimitasiya komissiyası yaradılmasına razı deyildilər, ancaq nəticədə razılaşdılar. Bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaq. Bunun necə olacağını isə hesab edirəm Prezidentin paylaşdığı fotodan anlamaq olar. Belə ki, Prezident əslində Azərbaycan xəritəsində əks olunan bir suveneri paylaşdı və bu suvenerdə Qərbi Zəngəzur Azərbaycan ərazisi olaraq göstərilmişdi. Verilən mesaj əslində çox netdir. Ya Zəngəzur dəhlizi açılacaq, yada Qərbi Zəngəzur ilhaq ediləcək. Yeri gəlmişkən, Prezident müsahibə zamanı maraqlı bir ifadədə işlətdi: "Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı".
Nəticə etiabrilə Prezidentin son müsahibəsindən belə bir qənatə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin gecikməsi halında Azərbaycan tarixi Qərbi Zəngəzur torpaqlarına dair təbliğatı artıracaq. Bu istiqamətdə ən azından Ermənistanda azərbaycanlı icmasının yaradılması mümkündür.
Bundan başqa Zəngəzur dəhlizi kontekstində Azərbaycan Ermənistana doğru gedən yolların təhlükəsizlik və nəzarət imkanlarını öz əlinə almaq üçün tədbirlərini genişləndirəcək. Hətta bu istiqamətdə rəsmi İrəvanı çəkindirmək üçün hərbi addımların atılması da mümkündür./Pia


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1403   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr