Zərdüşt Əlizadə: "Vaşinqtonun ƏDALƏTSİZ MÜNASİBƏTİ Türkiyəni vadar edir ki..."

Zərdüşt Əlizadə: "Vaşinqtonun ƏDALƏTSİZ MÜNASİBƏTİ Türkiyəni vadar edir ki..."Məsələ çox aydındır: Türkiyə NATO-nun sadiq, mühüm, güclü üzvüdür. Ona münasibətdə hansısa ayrı-seçkiliyə yol verilməsi, ona mütərəqqi hərbi silahların satılmasından imtina edilməsi Türkiyənin qüruruna toxunur və maraqlarına ziddir. Ona görə də Türkiyə bu məsələni ardıcıl olaraq qaldırır və Amerikadan tələb edir ki, öz müttəfiqinə modern silahlar satsın.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə bildirib.

Sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüşdən gözləntilərini bölüşən Zərdüşt Əlizadə deyib ki, Vaşinqtonun müasir silahları satmaqdan imtinanı Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ilə əlaqələndirməsi mənasız bəhanələrdir: "Çünki Türkiyə Rusiyadan S-400-ləri bəxtəvərlikdən almayıb. Amerika ona "Patriot"u satmaqdan imtina edəndə məcbur qalıb S-400 aldı. Bundan əlavə ABŞ Rusiyadan S-300 almış Yunanıstana F-35 ən müasir qırıcı-bombardımançı təyyarələri satıb. Türkiyənin Yunanıstandan nəyi əskikdir?! Yəni, Amerikanın bu ədalətsiz münasibəti Türkiyəni vadar edir ki, aramsız olaraq bu məsələni qaldırsın və Amerikadan ayrı-seçkiliyə son qoymağı tələb etsin".

Zərdüşt Əlizadə bildirib ki, Türkiyə-ABŞ münasibətlərinin gündəliyində digər məsələlər də var. Onun sözlərinə görə, digər məsələlərdən ən vacibi ABŞ-ın kürd separatçılarına verdiyi dəstək, onların Yaxın Şərqdə hansısa torpaqlar, o cümlədən türk torpaqları hesabına kürd dövlətinin yaradılması planlarıdır ki, bu da Türkiyəni əsla qane etmir: "Hələlik üzdə olan məsələlər bunlardır. ABŞ kürd separatizmini dəstəkləyir, mütərəqqi hərbi silahları satmaqdan imtina edir, nə əvvəl satılmış F-16-ları modernləşdirir, nə modernləşdirilmiş F-16-ları satır, nə də Türkiyənin F-35-lərin istehsalındakı iştirakının ləğvini aradan qaldırır. Yəni, Türkiyəni müasir silah texnologiyalarının mənimsənilməsi prosesindən kənarlaşdırır".

Bəs bu görüşdə Azərbaycanla, o cümlədən Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı da hansısa məsələlər müzakirə oluna bilərmi? Zərdüşt Əlizadə bu suala cavab olaraq deyib: "Amerikanın burada bir o qədər böyük rolu yoxdur. Düzdür, Amerika dünyada böyük dövlətdir. Ancaq onun dünyanın hər bir nöqtəsinə əli çatmır. O cümlədən Amerikanın Yaxın Şərqdə mühüm rol oynayan Türkiyənin sıx müttəfiqi olan Azərbaycana nə isə etmək imkanı yoxdur. Bəli, zilə qalxa, vəziyyəti gərginləşdirə bilər, amma bu, Amerikanın və onun müttəfiqlərinin milli maraqlarına ziddir. Ona görə Amerika mənasız yerə cırtqozluq etməz, Azərbaycanla münasibətləri korlamaz".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1243   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr