Qarabağdakı ermənilərin Bakıdan iki xahişi
Bakı Qarabağın Azərbaycanın daxili məsələsi olduğu faktını masadan praktiki mərhələyə keçirir. İlham Əliyevin müsahibəsindən çıxan yekun nəticə belədir. Və prezidentin ilk dəfə açıqladığı detallar da bunu təsdiqləyir.
Qarabağdakı ermənilər Bakıdan iki məsələni xahiş edib:
Birincisi, Laçın yolunun alternativ marşruta köçürülməsi vaxtını 5 avqustdan, 25 avqusta dəyişdirsin;
İkincisi, yolun Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt hissəsini də Azərbaycan inşa etsin;
Bakı hər iki istəyi yerinə yetirib. Bununla yanaşı, yeni yolun inşasında ermənilər azərbaycanlı inşatçılara kömək ediblər.
Bu detalları açıqlayan Əliyev üç ünvana mesaj verir:
İrəvana: erməni əhali Azərbaycana yaxınlaşır, onlar üzərindən planlar qura bilməyəcəksiniz;
Moskvaya: Qarabağın etnik ermənilərinin Azərbaycana inteqrasiyası və azərbaycanlılarla birlikdə yaşaması üçün "vasitəçi"yə ehtiyac yoxdur: bu, həm də rus sülhməramlılarının bölgədə qalma müddətinin başa çatmasından sonra ikinci dəfə uzadılmayacağının anonsudur; Bakı rusların bölgədə qalmaq üçün "birgəyaşayışa kömək" arqumentini sıradan çıxarmaq niyyətindədir və qarşıdakı üç ildə erməni əhali ilə daha sıx iş aparılacağı bəllidir;
Və etnik ermənilərə: yeganə xilas yolu Azərbaycan vətəndaşı olaraq yaşamaqdır: Əliyev dəfələrlə "statusun" olmayacağını bəyan edib, lakin indi – "Qisas" əməliyyatından sonra bunu xüsusilə erməni əhaliyə ünvanlayır və qeyd edir ki, "nə statusunuz, nə müstəqilliyiniz, nə də hansısa xüsusi imtiyazınız olacaq, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, sizin də qorunacaq";
Laçın dəhlizinin alternativ marşruta köçürülməsindən sonra ən aktual məsələ erməni qoşunların tamamilə çıxarılması və separatçı-terrorçuların tərkisilah edilməsi olacaq. İstisna deyil ki, Qarabağdakı ermənilərlə birbaşa təmasları artıran Bakı bu prosesdə "Xankəndidəki erməni əhalinin təhlükəsizliyinin qorunması" prinsipi ilə bölgəyə müdaxilə məsələsini də aktuallaşdırsın. Və bu, Xankəndiyə hərbi müdaxilədən daha çox, İrəvana, Moskvaya, eləcə də separatçı-terrorçulara qarşı kart olaraq istifadə etmək məqsədi daşıya bilər. Bir gün Xankəndidə Azərbaycan vətəndaşlığını tələb edən ermənilərin mitinq keçirməsini görsək, o qədər də təccüblü olmaz.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir