Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Ermənistanda təqib olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Ermənistanda təqib olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilibAzərbaycan vətəndaşlığı almaq üçün müraciət edən və Ermənistan Baş prokururluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər beynəxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Respublikasının Baş Prokururluğu tərəfindən cinayət işi açılıb. Əfsuslar olsun ki, bu kimi addımlarla Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndində, eləcə də qonşu şəhər və kəndlərdə yaşamaq istəyən Ermənistan vətəndaşlarını qorxutmaq niyyəti güdürlər. Eyni zamanda rəsmi Yerevan Qarabağda yaşayan əhali arasında Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşları "təxribatçı fəaliyyətlər" zəmnində günahlandırırlar.

Bu faktlarla Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyi sözügedən şəxslərə qarşı öz qanunsuz hərəkətləri ilə BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında paktda və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və digər əlaqədar beynəlxalq hüquq və normalarını kobud şəkildə pozur. Belə ki, beynəlxalq insan hüquqları normalarına əsasən, hər bir kəsin azadlıq və toxunulmazlıq hüququ, hər hansı bir milli, irqi, dini, etnik və sosial mənşəyinə görə diskriminasiyaya məruz qalmamaq hüququ, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz və buna görə təqib edilə bilməz. Eyni zamanda bu konvensiyalara əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan vədövlət sərhədlərindən asılı olmayaraq, məlumat yaymaq azadlığı daxildir.

Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər adından Sizə müraciət edir, Azərbaycanın regionda sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinə qarşı müvafiq tədbirlər görməyi tələb edirik.

İmzaladılar:

Novella Cəfərova - "D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" ictimai birliyinin sədri
Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyinin sədri
Səidə Qocamanlı - "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" ictimai birliyinin sədri
Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti
Sahib Məmmədov - Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının sədri
İlqar Hüseynli - "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" ictimai birliyinin sədri
Azər Allahverənov - "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri
Zaur İbrahimov - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri
Günel Səfərova - Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" ictimai birliyinin sədri
Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" ictimai birliyinin sədri
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti
Nüşabə Məmmədova - "Beynəlxalq Dialoq və İnkişaf Alyansı" ictimai birliyinin sədri
Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" ictimai birliyinin sədri
Şahin Camalov - "İnsan Hüquqları XXI əsr-Azərbaycan" fondunun prezidenti
"Demokratiyanı Öyrənmə" ictimai birliyinin sədri Mirəli Hüseynov
Rəsul Cəfərov - "Bakı insan hüquqları klubu" ictimai birliyinin sədri
Hafiz Həsənov - "Hüquq və İnkişaf" ictimai birliyinin sədri
Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
Rəfail Becanov - "İnsan Hüquqları və Maarifçilik" ictimai birliyinin sədri
Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri
Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi ictimai birliyinin sədri
Cəsarət Hüseynzadə - "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri
Elçin Salmanov - "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyinin sədri


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1291   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr