İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTOAvqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Tobias Lorentzson deyib:

"Cənab Prezident, İsveç Kralı tərəfindən imzalanan, mənim Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməyim ilə bağlı etimadnaməni və sələfimin geri çağırılması haqqında məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Cənab Prezident, icazə verin, Əlahəzrət Kralın dostluq və dərin ehtirama dair zəmanətini Sizə yenidən çatdırım".

Prezident İlham Əliyev deyib:

"Xoş gəlmisiniz, cənab səfir və xanım. Sizi görməyimə çox şadam. Sizdən xahiş edirəm, mənim də salamlarımı Kral həzrətlərinə çatdırasınız. Sizə Azərbaycandakı fəaliyyətinizdə uğurlar arzu edirəm. Ümid edirəm ki, iş qrafikiniz sıx olacaq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edəcək və bir çox yeni sahələri əhatə edəcək. Biz baxmalıyıq ki, hansı sahədə maksimum nəticə əldə etmək olar. Hesab edirəm ki, biz diqqətimizi əməkdaşlığımızın praktiki məsələlərinə yönəltməliyik - qarşılıqlı ticarətin səviyyəsini neçə artıraq, sərmayə qoyuluşu və müxtəlif layihələrin icrası".

Dövlət başçısı daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına ümidvar olduğunu bildirib. Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan Prezident İlham Əliyev bu əlaqələrin uğurla inkişaf etdiyini dedi, əməkdaşlığın son zamanlar yeni mərhələyə qalxaraq təkcə energetika sahəsini deyil, eləcə də nəqliyyat dəhlizləri, ticarət, investisiya və digər sahələri də əhatə etdiyini məmnunluqla bildirdi və bunun da öz növbəsində Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin inkişafı üçün yaxşı zəmin yaradacağını vurğulayıb.

Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Tobias Lorentzson deyib:

"Mən ikitərəfli münasibətlərimizin gücləndirilməsinə töhfə vermək arzusundayam. Sizin də qeyd etdiyiniz kimi, buraya ticarət və sərmayə qoyuluşu daxildir və mən ümid edirəm ki, ölkələrimiz arasında daha sıx biznes təmaslarını təşviq edə biləcəyəm. Həmçinin buraya dayanıqlı biznes həlləri də daxildir. Eyni zamanda, ümid edirəm ki, insanlar arasında ünsiyyətin və ölkələrimiz arasında təmasların artırılmasına nail ola biləcəyəm. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin də vacib aspektlərindəndir".

Söhbət zamanı həmçinin ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

11:36
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzonun etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTOİlham Əliyev İsveçin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTOİlham Əliyev İsveçin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTOİlham Əliyev İsveçin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 878   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr