Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur

Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdurPrezident İlham Əliyevin görülən işlər və verilən tapşırıqların icrası ilə yaxından tanış olmaq məqsədilə bölgələrə hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. Dövlət başçısı avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bu kimi məqamlara diqqət yönəldərək bildirib ki, bütün bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb. Həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Təbii ki, hər yeni sosial obyektin istifadəyə verilməsi yeni iş yeri deməkdir. Prezident İlham Əliyev iş yerlərinin açılmasını daimi proses kimi qarşıya qoyub. Bu hədəf belə əsaslandırılır ki, əhalinin sayı artır, yeni iş yerlərinin açılması vacib amillərdəndir. Ölkə Prezidenti İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı İsmayıllı rayonunda "Basqal Resort & Spa" otelinin, Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, "Ağsu Aqropark"ın fəaliyyəti ilə tanış oldu. Hər bir bölgənin turizm və kənd təsərrüfatı imkanları önə çəkilərək görüləcək işlər, hədəflər diqqətə çatdırıldı.
2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev öz müsahibəsində bu məqsədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyini bildirdi. Regional inkişaf proqramlarının uğurlu icrası həm bölgələrin inkişafında, həm də sosial-iqtisadi göstəricilərdə özünün aydın ifadəsini tapır.
Ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi və yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin müəyyən edilməsi ilə bu istiqamətdə işlər keyfiyyətcə yeni mərhələyə daxil olub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar yaradılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları əsasında bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilir. Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir.
Dövlət başçısı İlham Əliyev müsahibədə bildirib ki, biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Artıq azad edilmiş torpaqlarımızda əkin işləri aparılıb. Bu inam ifadə edildi ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək.
Prezident İlham Əliyev diqqəti, eyni zamanda, "Qisas" əməliyyatına yönəltdi. Bildirdi ki, "Qisas" əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri olaraq "Dəmir yumruğ"un yerində olduğunu təsdiqlədi. Bu əməliyyat bir daha Ermənistana belə bir mesajları ünvanladı ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər.
İndi Qarabağda yaşayan ermənilər görürlər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər. Bütün bunlar düzgün həyata keçirilən, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin nəticəsidir. Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur.

Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 962   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

Azərbaycan nümayəndə heyəti İrandadır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran

3 iyul
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul