Eynulla Fətullayevin Zabux səfəri Zakaryanı təşvişə salıb: "Azərbaycanlı olduğunu 4-5 saat sonra bildik"
Avqustun 25-də Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarılacaq. Bundan əvvəl rəsmi Bakı bir daha göstərib ki, Azərbaycan nə vaxt və necə istəsə Qarabağda hərəkət edəcək. Bir neçə gün əvvəl jurnalist Eynulla Fətullayev və operator Laçın və Zabuxda olub. O, burada Zabuxda olan "Erməni milli qvardiyası" ictimai təşkilatının rəhbəri, bloger Arşak Zakaryanla da danışıb.
Zakaryan görüşdən sonra "Hraparak" nəşrinə bildirib ki, jurnalist özünü İrəvandan olan avropalı jurnalist kimi təqdim edilib.
"Bizdən ermənilərin 90-cı illərdən sonra bu ərazilərə gəldiyini soruşdu, biz isə ermənilərin bura IV əsrdə (?) gəldiyini, bunun maddi sübutları olduğunu dedik", - deyə Zakaryan gülünc doğuran açıqlama verib.
O qeyd edib ki, jurnalist Eynulla Fətullayev Rusiya sülhməramlı qoşunlarının zabiti ilə birlikdə hərəkət edib.
"Onun gəlməsindən kimin xəbərinin olub-olmamasını bilmirəm. Hər halda rusların keçid məntəqələrində pasport yoxlamaq hüququ var, orada erməni bölmələrinin nümayəndələri də var", - deyə Zakaryan bildirib.
Erməni rejissorun sözlərinə görə, azərbaycanlı jurnalist Zabuxda cəmi 10-12 dəqiqə olub.
"O gedəndən 4-5 saat sonra bildik ki, Azərbaycanlıdır. Oradan çıxanda Gorusa gedirdim, Danimarkadan tanışlarımdan biri mənə zəng edib dedi ki, bilirsən filan adam sənin yanında olubmu? Mən bunu biləndə Gorusa çatmışdım. Zabuxda isə bundan gec xəbər tutdular", - deyə o guya səfər edən şəxsin kimliyi barədə məlumatsız olduğunu iddia edib.
Onun sözlərinə görə, qondarma qurumun "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan Rusiya tərəfinə müraciət edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1298 Tarix: 20 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabr