Laçın necə işğal edilmişdi? – Polkovnik əsas səbəbləri göstərdi

Laçın necə işğal edilmişdi? – Polkovnik əsas səbəbləri göstərdi1990-cı illərin əvvəllərində hələ ordu tam formalaşmamışdı. O istiqamətdə özünümüdafiə taborları, bəzi hərbi hissələr vardı. Sadəcə onların maddi-texniki bazası imkan vermədi ki, biz Laçını, Şuşanı, Kəlbəcəri və digər yaşayış yerlərini düşməndən və ona havadarlıq edənlərdən müdafiə edək.

Ermənilər qürrələnməməlidirlər ki, bu əraziləri öz güclərinə ələ keçiriblər. Əsla belə deyil. O vaxt SSRİ-dən qalma Zaqafqaziya Hərbi Dairəsinin bölgədə olan hərbi hissələrinin muzdlu zabitləri hesabına üstünlük əldə etmişdilər. Həm PDM-lərdən, həm də tanklardan istifadə edərək, ərazilərimizi işğal etdilər.

İndi ermənilər Azərbaycana dil uzadırlar. Ermənilər unutmamalıdırlar ki, iki il əvvəl gizlənməyə yer axtarırdılar. İndi yenə "dilləri uzanıb", "müstəqillikdən" danışırlar. Bunlar boş sözlərdir".

Üzeyir Cəfərov vurğulayıb ki, Laçına və digər ərazilərə aidiyyəti olmayan ermənilər oradan çıxıb getməlidirlər, bunu Azərbaycan prezidenti də dilə gətirib:

"Getməyəcəkləri təqdirdə, nə edəcəyimizi bilirik. Bizim onlara ayırmağa boş vaxtımız yoxdur. Ermənilərin nə deməsindən asılı olmayaraq, yaxın vaxtlarda Laçın tam Azərbaycan Ordusunun nəzarətinə keçəcək və lazım olan mövqelərdə yerləşəcəyik. Artıq proses bu istiqamətdə gedir, Laçını tam şəkildə qəbul edəcəyik. Sadəcə olaraq, onların Laçındakı vandal əməlləri və meşələrdə qəsdən yanğın törətmələri bizə təsir edir. Hesab edirəm ki, bu əməlləri törədən ermənilər məsuliyyətə cəlb olunmalıdırlar.Yanmış evləri bərpa etmək olar, amma bu vəhşilər başa düşmürlər ki, meşələrin yandırılması təbiətə sağalmaz ziyan vururlar. Sən uçub Veneraya, Yupiterə getməyəcəksən, Azərbaycanla qonşuluqda yaşamağa məcbursan".

Üzeyir Cəfərov Laçının işğalında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın oynadığı "rol"a da diqqət çəkib:

"Bəzi jurnalist dostlarımız bilərəkdən-bilməyərəkdən yazırlar ki, 1992-ci ildə SSRİ-nin 366-cı Alayı işğal prosesində fəallıq göstərib. 1992-ci ildə SSRİ yox idi. Seyran Ohanyan da həmin alayın tərkibində rota (bölük) komandiri olub. Onun komandiri isə rusiyalı polkovink Yuri Zarviqorov idi. O zamanı yaxşı tanıyıram. Onda Zaqafqaziya Hərbi Dairəsində xidmət edirdim, həmin dairənin Azərbaycan üzrə müxbir məntəqəsinin rəhbəri idim. Azərbaycan müstəqillik qazandıqdan sonra Müdafiə Nazirliyinə transfer edildim. Yəni o hərbi hissəni yaxşı tanıyıram.

Laçının işğalının təşkilində daha fəal rol oynayanlar Seyran Ohanyan və bir neçə erməni hərbçisi ilə yanaşı, Yuri Zarviqorov idi. Zarviqorov bu gün Rusiyada yaşayır. Əsas təşkilatçılar bu adamlar idilər. Pulların ödənilməsi, tank ekipajlarının, şəxsi heyətin formalaşdırılması və muzdluların toplanması kimi işlərə şəxsən Seyran Ohanyanın özü rəhbərlik edirdi. Məhz Seyran Ohanyan və digərlərinin xüsusi fəallığı nəticəsində bizim digər ərazilərimizlə yanaşı, Laçın da işğala məruz qaldı.

Dediyim kimi, bu prosesdə "ermənilərin qəhrəmanlığı"ndan danışmağa dəyməz, çünki onların təkbaşına Azərbaycan ərazilərini işğal edə biləcək gücləri olmayıb. Ermənilər yalnız Rusiya ordusu və muzdluların köməyi ilə bunu ediblər. Bizim ölkədə isə nizami ordu formalşamamışdı, siyasi sabitlik yox idi.

Muzdluları da təkcə bəzi keçmiş SSRİ ölkələrindən yox, Suriya, Livan və digər yerlərdən gətirmişdilər. Erməni millətçisi olan başkəsənləri də bu ölkələrdən gətirərək işğalçı müharibəyə cəlb etmişdilər. Erməni diasporu və lobbisi muzdluların toplanması üçün mütəşəkkil işləyirdi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1892   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr