Duqin və Duqinanın Qarabağa münasibəti - FOTOFAKT

Duqin və Duqinanın Qarabağa münasibəti - FOTOFAKTRusiyanın məşhur fikir adamlarından olan Aleksandr Duqinin özü kimi, ötən gün terakt nəticəsində həlak olan qızı Darya Duqina da Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək verib.

Sonxeber.az Axar.az-a istinadla xatırladır ki, hələ 2018-ci ildə Cocuq Mərcanlı kəndində keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda Darya Duqina da iştirak etmişdi və Azərbaycana dəstəyini göstərmişdi.

O konfransda Rusiyadan iştirak edənləri bir daha yada salaq: Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeri Korovin, "Milli müdafiə" jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeni Baxrevski, ekspert Dmitri Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert-jurnalist Darya Duqina, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov və s.

Onlar daha sonra işğaldan azad edilən Lələtəpədə olmuş, Azərbaycan əsgərləri ilə şəkil çəkdirmişdilər.

A.Duqin hələ o zaman, ermənilərin uzun müddət panika halında müzakirəsinə səbəb olan bu sözləri demişdi:

"Qarabağda bu görüşü keçirmək simvolikdir. Bu, Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu bir daha göstərir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa əsaslanıb. Mən Qarabağa ilk dəfədir səfər edirəm. Bu, həm də Qarabağ münaqişəsinə Rusiya ziyalılarının yanaşmasıdır".

44 günlük savaş zamanı da Azərbaycanı dəstəkləyən A.Duqin 10 noyabr bəyanatını belə şərh etmişdi:

"Azərbaycan öz əraziləri üzərinə nəzarəti bərpa etdi. "Pir qələbəsi" olur, amma Azərbaycanın qələbəsi əsl və birmənalıdır. İlham Əliyev Dağlıq Qarabağ ətrafındakı situasiyanın həlli ilə bağlı siyasi müdriklik göstərdi. Bu konfliktin Azərbaycanın xeyrinə həllində böyük rol oynadı. Əliyev bu müharibənin qəhrəmanıdır, tarixə düşən əsl qəhrəmandır.

İlham Əliyev müharibə və siyasətdə Scilla və Xaribda arasından keçdi. Bu, böyük ustalıqdır. Düşünürəm ki, İlham Əliyev hazırda dünyada bir nömrəli siyasətçidir. Son illərdə heç kim Əliyev kimi belə möhtəşəm şəkildə öz xalqı və ölkəsi üçün milli maraqları reallaşdırmayıb".

2021-ci ilin avqustunda isə A.Duqin demişdi:

"Ermənilər hər şeyi etməyə macal tapdılar, Qarabağda mümkün olan hər şeyi dağıtdılar, Rusiya ilə münasibətləri korladılar, Paşinyanı seçdilər, rəsmi Bakının bütün təşəbbüslərini blokadaya saldılar... Nəticədə hər şeyi itirdilər!

Bəs indi elə həmin Ermənistan hökuməti sizcə ağıllanıb, hansısa qaydalara riayət edəcək? Hazırda Ermənistanda tam ağlasığmazlıq müşahidə olunur. İndi ermənilərdən tez toparlanacaqlarını, özlərinə gələcəklərini və normal xalq olacaqlarını gözləmək real deyil. Odur ki, Azərbaycan səbirli olmalıdır. Hələlik Ermənistan tərəfindən hansısa adekvat addımlar gözləməyə dəyməz".

Duqin erməniləri açıq şəkildə "dar düşüncəli kütbeyin xalq" da adlandırmışdı.
Duqin və Duqinanın Qarabağa münasibəti - FOTOFAKT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2628   Tarix: 21 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr