Deputat: "Bir neçə gündən sonra Azərbaycanın üçrəngli bayrağı Laçın şəhərində dalğalanacaq"

Deputat: "Bir neçə gündən sonra Azərbaycanın üçrəngli bayrağı Laçın şəhərində dalğalanacaq""Laçın dəhlizinə alternativ yolun Azərbaycan hissəsinə düşən marşrutunun tikintisi yekunlaşıb. 10 Noyabr Bəyanatına əsasən, Rusiya sülhməramlıları və ermənilər bundan sonra Laçın şəhərindən və ətraf kəndlərdən çıxmalıdırlar və proses, demək olar ki, yekunlaşmaq üzrədir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, bir neçə gündən sonra Azərbaycanın üçrəngli bayrağı Laçın şəhərində dalğalanacaq.

Deputat qeyd edib ki, bu, Azərbaycanın növbəti tarixi uğurudur.

Cavid Osmanov Laçının işğal tarixini də xatırladıb və deyib ki, biz həmin illəri unutmamalıyıq.

"1992-ci ilin mayın 18-də Laçın işğal edildi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyünün bəzi mənfur və xəyanətkar üzvlərinin ölkədə apardığı siyasət, onların hakimiyyət hərisliyi ermənilərin əlinə fürsət verirdi. Nəticədə mayın 8-də Şuşa, 18-də isə Laçın işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ arasında koridor təmin edildi və sonrakı mərhələdə bura silah-sursat daşındı, qeyri-qanuni məskunlaşdırılma həyata keçirildi", - deyə millət vəkili qeyd edib.

Milli Məclis üzvünün fikrincə, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib:

"Çünki biz tarixi qələbəni Prezident İlham Əliyevin düzgün qurduğu strategiya və ordumuzun gücü sayəsində qazandıq. Bir neçə gündən sonra da Laçın şəhəri tamamilə azad olunacaq və şanlı bayrağımız orada qaldırılacaq, 30 illik həsrətə son qoyulacaq".

Cavid Osmanov ermənilərin Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edərkən evləri, meşələri yandırmasından da söz açıb və bunu vandallıq kimi dəyərləndirib.

"Bunlar erməni vəhşiliyidir. Onlar bu vandallığa görə məsuliyyət daşıyırlar", - deyə o fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1132   Tarix: 23 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr