Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB + FOTO
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
10:12
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Bakıya rəsmi səfər edəcək.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın paytaxtında hər iki dövlət başçısının dar çərçivədə və geniş tərkibdə görüşləri planlaşdırılır.
Danışıqların gündəliyinə ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir.
Həmçinin, bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 809 Tarix: 24 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir
İtaliya dünyanın nadir diyarlarından biridir. Onun sakinləri öz ölkələrinin şanlı keçmişi və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim sivilizasiyalardan miras qalmış dəyərli incəsənət nümunələri, tarixi və memarlıq abidələri. İtaliy
6 mayMeloninin Azərbaycana səfəri başa çatdı
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri mayın 4-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın Nazirlər Şurasını
4 mayİlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-b
12 mayİlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - Video
Prezident İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola saldı
15 mayİlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb. Parlamentlərarası İttifaqın baş katibi Azərbaycanl
5 may