"Ermənilər yaxşı anlayırlar ki, Azərbaycan vətəndaşlığını qəbul etmək onların qurtuluşudur" - DEPUTAT

"Ermənilər yaxşı anlayırlar ki, Azərbaycan vətəndaşlığını qəbul etmək onların qurtuluşudur" - DEPUTAT"Laçının, Zabuxun və Sus kəndinin boşalması ilə Laçın dəhlizi yenidən Azərbaycanın nəzarətinə keçəcək".

Bu sözləri Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, Laçın, Sus və Zabux kəndləri Suriya və Livandan gələn ermənilərin məskunlaşması nəticəsində ikinci dəfə işğala məruz qalmışdı:

"Erməni xisləti hər zaman özünü büruzə verib. Bilirsiniz ki, 2020-ci ildə danışıqlar zamanı ermənilər Kəlbəcər və Laçından çıxmaları üçün vaxt istəyiblər. Həmin vaxt ərzində onlar Kəlbəcərdə meşələri, evləri yandırıb, əraziləri minalayıb getdilər. Bu gün ermənilər Kəlbəcərdə törətdikləri vəhşilikləri Zabux və Sus kəndlərində təkrarlamaqdadırlar. Bunlar erməni vəhşiliyidir. Onlar bu vandallığa görə məsuliyyət daşıyırlar. Azərbaycan Laçın rayonunu, o cümlədən Zabux kəndini yenidən bərpa edəcək və həmin torpaqların sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar.

10 noyabr bəyanatına əsasən, Rusiya sülhməramlıları və ermənilər bundan sonra Laçın şəhərindən və ətraf kəndlərdən çıxmalıdırlar. Bu proses, demək olar ki, yekunlaşmaq üzrədir. bir neçə gündən sonra Azərbaycanın üçrəngli bayrağı Laçın şəhərində dalğalanacaq".

Deputat qeyd edib ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi istiqamətində Azərbaycan üzərinə düşən bütün addımları atıb:

"Azərbaycan 32 km uzunluğunda olan yolu öz ərazisində tamamlayıb. Amma Ermənistan bununla bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Ən önəmlisi isə odur ki, Ermənistan Qarabağda yaşayan ermənilərin taleyi ilə maraqlanmır. Məhz buna görə də Qarabağda yaşayan ermənilər yaxşı anlayırlar ki, Azərbaycan vətəndaşlığını qəbul etmək onların qurtuluşudur".

C. Paşazadə vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı soyqırımının bütün növlərini törədib:

"Laçın şəhəri, Zabux və Sus kəndlərinin tamamilə boşaldılması prosesi avqust ayının sonuna kimi yekunlaşacaq. Bundan əvvəl də, 2020-ci ilin dekabrında olduğu kimi, ermənilər tərk etdikləri ərazilərdə apara bilmədikləri nə varsa, hamısını yandırmağa, məhv etməyə, dağıtmağa başlayıblar. Ermənistan insanlıq əleyhinə cinayətlər törətməklə, beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqla, regional və qlobal təhlükəsizliyə ciddi təhlükə törədən dövlət olduğunu nümayiş etdiriri.

Ermənilər Laçındakı meşələri yandırır, abidələrimizi məhv edirlər. Onlar yerin altını da minalarla çirkləndirilər və bu, insanlığa qarşı törədilən cinayətdir. Təəssüf ki, 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında qalmasına göz yuman, demokratiyadan dəm vuran beynəlxalq təşkilatlar və dövlətlər ermənilərin törətdikləri ekoloji terrorlara, vəhşiliklərə səssiz qalırlar. Bu da bir daha ölkəmizə qarşı yürüdülən ikili siyasətin bariz nümunəsidir.

Artıq Ermənistan və havadarları mövcud reallıqla barışmalı, Azərbaycanın diktə edən tərəf olduğunu qəbul etməlidir. Azəbaycan 90-cı illərdə olduğu kimi gücsüz və başsız deyil! Bu gün 30 illik işğala öz gücünə son qoyan Ali Baş Komandana və Müzəffər Orduya sahibdir!"

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1297   Tarix: 24 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr