Azərbaycan millisinin rəqibinin beş oyunçusu zəhərlənib
Azərbaycanın qadın voleybol millisinin AVRO-2023-ün təsnifat mərhələsindəki rəqiblərindən olan Avstriyanın əsas heyət üzvlərindən 5-i zəhərlənib.
"Report"un məlumatına görə, bu barədə Avstriya Voleybol Assosiasiyasının rəsmi saytına yığmanın baş məşqçisi Roland Şvab açıqlama verib.
O, Qrats şəhərindəki seçmə oyunda Sloveniyaya 2:3 hesabı ilə uduzmalarını Dana Şmit, Nikolina Maroş, Aida Mehiç, Anna Oberhauzer və Tamina Huberin qarşılaşmadan əvvəl mədə-bağırsaq sistemində problemlər hiss etmələri ilə əlaqələndirib. Bu səbəbdən, Şvab görüşə çətin vəziyyətdə başladıqlarını bildirib:
"Toppaylayıcı Dana Şmit oyuna başlaya bilmədi, bu, komanda üçün ağır zərbə oldu. Lakin sonradan oyuna girdi. Onun üçün asan olmasa da, gözəl oyun nümayiş etdirdi. Dana kimi Nikolina Maros, Aida Mehiç, Anna Oberhauzer və Tamina Huber son 2 gün yataqda olub. Yenə də qələbə qazanmağa çox yaxın idik. Sloveniyaya qarşı ilk oyunla müqayisədə irəliləyiş vardı. 2 setdə onlara qalib gəldik, amma 3 set qalib gəlmək istəyirəm. Qazandığımız bir xal bizi yarışdan qopmamaq üçün saxlayır. Azərbaycanda bizə qələbə lazımdır".
Avstriya millisinin liberosu Anna Oberhauzer də zəhərləndiklərindən, oyunun onlar üçün asan keçmədiyini qeyd edib:
"Təəssüf ki, düzgün olmayan nə isə yemişdik və oyuna yaxşı formada çıxmamışdıq. Buna baxmayaraq, biz matçda mübarizə apardıq və hətta çox yaxşı voleybol nümayiş etdirdik. Təəssüf ki, 5-ci setdə oyunu qələbə ilə başa vura bilmədik. İndi biz bərpa olunub, Azərbaycanla səfərə başlayacağıq. Ümid edirik ki, bu top-komandaya qarşı xallar toplaya biləcəyik".
Kapitan Nikolina Maroş isə bildirib ki, əsas "6-lığ"ın bir çox oyunçusu xəstələndiyindən, oynamaq çətin olub:
"Nə etmək olar? Hər hansı xəstəlik olmadan hazırlaşa bilsək, növbəti oyunlarda mütləq daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi həm Bakıda, həm də Tbilisidə Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Avstriya isə həm Mariborda, həm də Qratsda Sloveniyaya müvafiq olaraq 0:3 və 2:3 hesabı ilə uduzub. Hazırda Azərbaycan 6 xalla D qrupunda 1-ci, Avstriya 1 xalla sonuncu yeri tutur.
Azərbaycan – Avstriya oyunu avqustun 28-də Bakıdakı Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 18:00-da başlayacaq. AVRO-2023 Belçika, İtaliya, Estoniya və Almaniyada təşkil olunacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1066 Tarix: 25 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrF1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək
22 sentyabr"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr