"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlandı
"Qarabağ"ın oyununun cümə günündən cümə axşamına çəkilməsi zamanı normal prosedur həyata keçirilib".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının yeni yaradılan Texniki İdman Departamentinin direktoru Elgiz Abbasov açıqlama verib.
O, "Qarabağ"ın Azərbaycan Premyer Liqasının V turunun "Kəpəz"lə Qəbələ şəhər stadionunda keçirəcəyi oyunun vaxtının sentyabrın 2-dən 1-nə keçirilməsinin səbəbini açıqlayıb:
"Avrokubokda çıxış edən klub oyun gününün dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət etmək iqtidarındadır. "Qarabağ" klubu Avropa Liqası oyununa yaxşı hazırlaşmaq məqsədilə oyun gününün dəyişdirilməsi ilə bağlı müraciət edib. Bu barədə "Kəpəz" klubuna da məlumat verdik. Nəzərə alaq ki, şərtlər hər iki komanda üçün eynidir, yəni hər ikisi avqustun 27-də son turun matçını keçirib. Bu səbəbdən, hər iki komandanın oyununu 1 sentyabra təyin etdik ki, "Qarabağ" sentyabrın 8-dəki avrokubok matçına daha yaxşı hazırlaşa bilsin".
Qeyd edək ki, "Qarabağ" sentyabrın 8-də Almaniyada "Frayburq"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1340 Tarix: 29 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
DÇ-2026-nın 1/16 finalında keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu açıqlanıb. "Qafqazinfo" FİFA-ya istinadən xəbər verir ki, bu, Kolumbiya yığmasının futbolçusu Luis Dias olub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzləni
4 iyulAvropa Liqası: "Qarabağ" mübarizəyə başlayır
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayacaq. Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görü
9 iyulFIFA prezidentindən Messiyə mesaj: "Sən qeyri-mümkünü mümkün edirsən"
FIFA prezidenti Canni İnfantino Argentina yığmasının hücumçusu Lionel Messiyə xüsusi müraciət ünvanlayıb. xəbər verir ki, bu barədə İnfantino sosial şəbəkə hesabında paylaşım edib. "Sənin futbol oynamağını görmək hər zaman bu idman növünün ən böyük imtiyazlarından biri olub, əziz Lionel Messi. Sə
28 iyunABŞ hökuməti İran millisindən matçdan dərhal sonra ölkədən çıxmağı tələb etdi
ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib. xəbər verir ki, bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkə
28 iyunDÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib. Qaynarinfo-nun məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb
4 iyulSevgilisi Ronaldonun neçə yaşadək oynayacağını açıqladı
Georgina Rodriqez futbol ulduzu Kriştiano Ronaldonun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsinin sirrindən danışıb. -ın xəbərinə görə, Rodriqez sosial şəbəkədə yazıb ki, Ronaldonun futbola olan sevgisi və motivasiyası tanış olduqları ilk gündə necə idisə, bu gün də eynidir. "İnanılmazdır ki
28 iyunRonaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video
Dünya çempionatında 1/8 final mərhələsinin matçları davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün mundialın mərkəzi görüşlərindən biri keçiriləcək. Son Avropa çempionu, DÇ-nin əsas favoritlərindən İspaniya Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya millisi ilə üz-üzə gələcək. Matç saa
7 iyul"Neftçi" Rikardinyonu transfer edir
"Neftçi" Çexiyanın "Viktoriya" klubunun sabiq futbolçusu Rikardinyonu heyətinə qatmaqda israrlıdır. Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq son mərhələdədir. 25 yaşlı braziliyalı hücumçunun da karyerasını Azərbaycanda davam etdirməkdə maraql
7 iyul"Qarabağ" və Marko Yankoviçin lider olduğu göstərici açıqlandı
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 90 dəqiqə ərzində ən çox dəqiq ötürmə müəllifi olan futbolçular bəlli olub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. "Qarabağ"ın futbolçusu Marko Yankoviç birinci pillədə qərarlaşıb. Yarımmüdafiəçini
1 iyul