"Qarabağ"ın transfer siyasəti: Neyləyək, alınmadı - FOTO

"Qarabağ"ın transfer siyasəti: Neyləyək, alınmadı - FOTOBiz tərəfdə bir məsəl tez-tez işlənir. Deyir, bardaq düzəldən özü bilir, qulpunu haradan qoyacaq. Yəni sənətkarın işinə qarışan, kənardan söz deyən, onu etmə, bunu et, o yaxşı deyil, bu yaxşıdır deyən çox olur, amma sənətkar özü bilir, nəyi, harada, nə vaxt və necə edəcək.

Dünəndən baxıram, bir çox həmkarlarımız, azarkeşlər şikayət edirlər ki, bəs "Qarabağ" niyə transfer etmədi?

Qurban Qurbanov "Kəpəz"lə oyundan sonra açıqlama verib ki, bu məsələni bağladıq. Bir neçə cəhd etdik, danışıqlar apardıq, amma yekun razılıq əldə etdiyimiz hansısa oyunçu olmadı. Yola indiki heyətlə davam edəcəyik.

İsmayıl Dadaşovla Vaqif Gərayzadənin birgə ərsə gətirdiyi, İradə İbrahimovanın da əla ifa etdiyi o gözəl mahnıda da deyildiyi kimi, neyləyək, alınmadı...
"Qarabağ"ın transfer siyasəti: Neyləyək, alınmadı - FOTO"Qarabağ" niyə transfer etmədi? Həqiqətən, gözəl sualdır. Axı bu komandanın, əslində, bütün mövqelərdə, ən dar məqamda isə yarımmüdafiənin mərkəzində, hücumda və qapıda zəruri güclənməyə ehtiyacı var (idi).

Çünki biz elə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda, "Viktoriya" ilə qarşılaşmada gördük ki, Almeydanın zədələnib oyundan çıxmasından sonra mərkəz xəttində necə boşluq yarandı. Rəqibin hücumlarını erkən mərhələdə qarşılayıb təhlükənin böyüməsinə əngəl olan, eyni zamanda, hücuma çıxarkən topu birinci bölgədən üçüncü zonaya daşımağı bacaran, dispetçerlik edən oyunçunun yoxluğu yekunda komanda üçün necə nəticələndi.

Elə həmin qarşılaşmada ələ düşən imkanlardan istifadə edilməməsi, üstəlik də əldə olan əsas qol ümidinin - Vadjinin də satılmasından sonra hücumları məntiqi sonluqla yekunlaşdırmalı olan bir bitirici forvardın transferi şərt deyildimi? Məncə, şərt idi.

Yenə bu bəhs etdiyimiz matçda hər iki qolun buraxılmasında müstəsna xidmətləri olan Şahruddin Məhəmmədəliyevin əvəzinə daha etibarlı bir qapıçı almaq olmazdımı? Olardı.

Bəs onda komanda niyə transfer etmədi?

Bəlkə, maddi problemləri var? Görünən odur ki, "Qarabağ"ın hazırda maddi problemləri yoxdur. Komanda həm təsnifat mərhələlərindəki nəticələri, həm Avropa Liqasının qrupuna düşməsi, həm də Vadjinin satışı səbəbindən kifayət qədər məbləğdə qazanc əldə edib. Deməli, bu variantı qoyuruq kənara.

Təbii ki, bir neçə uğursuz keçidi qeyd etmək olar, amma biz adətən "Qarabağ"ın transferlərdə yüz ölçüb, bir biçdiyini, həmişə nöqtə atışlar etdiyini görmüşük. Bunu etmək üçün də davamlı izləmə, seçmə, araşdırma yolunu tuturlar. Görünür, bu dar macalda sırf transfer olsun deyə tələm-tələsik kimisə almaqdansa, elə yola əldəki oyunçularla davam etməyi uyğun görüblər.

Sirr deyil ki, "Qarabağ" Avroliqada olduqca çətin qrupda yer alıb. Hərçənd çempionumuz püşkə ikinci səbətdən qatılsa da, istər birinci, istərsə də üç və dördüncü səbətdən ən güclü komandalarla rəqib oldu. Təsəvvür edirsinizmi, qrupda Avrokubokların daimi iştirakçısı "Olimpiakos", "böyük beşlik" ölkələrindən iki komanda və "Qarabağ" var.

Düşünürəm ki, klub rəhbərliyi də, baş məşqçi də reallıqları əla dərk edirlər və bu qrupdan çıxmağın möcüzə olduğunu anlayırlar. Qrupdan çıxmağın bu qədər çətin olduğu bir məqamda milyonlar xərcləyib əlavə oyunçu almaqdansa yekunu gözləmək daha çox məntiqəuyğundur. Əgər əldəki oyunçularla, heç olmasa, üçüncü olub Konfrans Liqasının 1/8 mərhələsində iştirak etmək hüququ qazansalar, o zaman qış "transfer pəncərəsi" zamanı yenidən bu məsələyə qayıtmaq olar. Olmasa da, Azərbaycan Premyer Liqasında hətta ikinci heyətlə də qələbə qazanmaq mümkündür.

Və nəhayət, sonuncu variantım budur ki, "Qarabağ" hər nə qədər Azərbaycanı təmsil edirsə, bir o qədər də "Azərsun Holdinq"ə tabe, Gözəl ailəsinə məxsus biznes obyektidir. Ailə (şirkət) kluba investisiya qoyur, xərc çəkir, pul buraxır, qazancını isə istədiyi kimi xərcləmək hüququ var. Necə ki, bu vaxta qədər digər sahələrdən əldə edilən gəlirlə komandanı saxlayırdılarsa, indi də "Qarabağ"dan qazandıqlarını başqa sahəyə xərcləmək istəyirlər. Bu, iddia deyil, sadəcə variantlardan biridir. Mümkündürmü? - Mümkündür.

Bizə düşən isə əldə olan heyətlə yola davam edən "Qarabağ"ı izləmək, qalib gələndə sevinməkdir.

Uduzanda isə... Neyləyək, alınmadı...


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1537   Tarix: 02 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

15 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr