Azərbaycan XİN Armen Qriqoryanın Xankəndi şəhərinə qanunsuz səfərini pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsini pisləyib.
Sonxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərini şərh edib:
"2 sentyabr 2022-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir.
Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir.
Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir.
Bu, həmçinin rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir.
Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımlar cavablandırılacaqdır".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2260 Tarix: 03 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir
İtaliya dünyanın nadir diyarlarından biridir. Onun sakinləri öz ölkələrinin şanlı keçmişi və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim sivilizasiyalardan miras qalmış dəyərli incəsənət nümunələri, tarixi və memarlıq abidələri. İtaliy
6 mayBayramov Kallasla görüşdü - Fotolar
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib
5 mayMüasir müstəqil Azərbaycan dövlətinin banisi
Tarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsin
7 mayBütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir
May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd
5 mayƏbədiyaşar lider - Heydər Əliyev
Düz 103 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxı
7 mayİlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmiz
6 may