Bayramov UNESKO-nun xoşməramlı səfirini qəbul etdi

Bayramov UNESKO-nun xoşməramlı səfirini qəbul etdiXarici işlər naziri Ceyhun Bayramov UNESKO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Seri qəbul edib.

Bu barədə Sonxeber.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov Hedva Serin dünyada sülh naminə fəaliyyətini və bu xüsusda həyata keçirdiyi çoxsaylı layihələri məmnunluqla vurğulanıb. O, UNESKO üzrə Azərbaycan və Andorra Milli Komissiyaları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şuşada həyata keçirilən "Youth Art Camp" layihəsinə olan diqqətinə görə Hedva Serə təşəkkür ifadə edib. Şuşa şəhərinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan nazir, şəhərin azad edilməsindən sonra burada həyata keçirilən quruculuq işləri, habelə çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər barədə qarşı tərəfə məlumat verdi. Azərbaycanın müstəqilliyinin ilk günlərindən təcavüz siyasəti ilə üzləşdiyi, 2020-ci ildə 44 günlük müharibə ilə ərazilərini işğaldan azad etdiyi və hazırda beynəlxalq hüquq əsasında münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində səylər göstərdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Xanım Hedva Ser səmimi qəbula görə təşəkkür etdi. O, Azərbaycana cari il ərzində 3-cü səfərini reallaşdırdığını məmnunluqla vurğulayıb. Azərbaycandakı tolerantlıq, müxtəlif dinlərin və etnik qrupların bir arada sülh şəraitində yaşamaq ənənəsini yüksək qiymətləndirdiyini söylədi. UNESKO -nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi "Sülhə gedən yol" layihəsindən bəhs edərək, Azərbaycanın bu layihəyə dəstək verdiyini minnətdarlıqla bildirdi və bu xüsusda hələ 2015-ci ildə Bakıda, müəllifi olduğu sülh abidəsinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə ucaldıldığını qeyd edib.

Görüş zamanı Azərbaycan tərəfindən humanitar sahənin, o cümlədən elm, təhsil, mədəniyyət inkişafı istiqamətində görülən işlər barədə məlumat, eləcə də inkişaf etməkdə olan ölkələrin tələbələrinə təhsil qrantlarının ayrılması, habelə bu ölkələrə humanitar yardımların ayrılması və s. barədə fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 826   Tarix: 03 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr