Əliyevin uzaqgörənliyini əks etdirən iki müsahibə - Bakı hədəflərinə çatır

Əliyevin uzaqgörənliyini əks etdirən iki müsahibə - Bakı hədəflərinə çatırPrezident İlham Əliyevin İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsi səsləndirilən fikirlərdən öncə başqa bir məqam fonunda da maraq doğurdu: Azərbaycan lideri ötən ilin dekabr ayında eyni qəzetə müsahibə vermişdi və bu, Brüssüldə üçtərəfli görüşdən dərhal sonra olmuşdu, həmin vaxt Brüssel formatının başlanğıcı idi; İlham Əliyev eyni qəzetə növbəti müsahibəsini yenə Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra verir;

Bir il ərzində baş verən bu iki məqam Prezidentin ilk müsahibəsində dediyi fikirlərə və bu fikirlərin ötən müddətdə baş verən proseslərdə necə əksini tapmasına, proqnozların özünü doğrultmasına, eləcə də iki müsahibənin verilməsi aralığındakı dövrdə nail olunan hədəflərə diqqət çəkdi.

Əldə olunan nəticələr

Mina xəritələri: Prezident ötən il "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirdi ki, Brüsseldə mina məsələsi xüsusilə müzakirə olunub və problemin həlli razılaşdırılıb. Ötən müddətdə rəsmi Bakı atdığı addımlarla Ermənistanı mina xəritələrini verməyə məcbur etdi, o cümlədən, azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində ciddi irəliləyişə nail oldu. Bu, Azərbaycan liderinin azad olunmuş ərazilərin bərpası strategiyasında prinsipial mövqelərindən biri idi və buna böyük ölçüdə nail olunub.

Avropa İttifaqının maliyyə məsələsində Azərbaycana qarşı haqsızlığı aradan qaldırması: Aİ Ermənistana 2,6 milyard, Azərbaycana isə 140 milyon dollar maliyyə ayırmışdı, Prezident İlham Əliyev buna sərt etiraz etdi.

"Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, bizim hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik", - Prezident ötən il müsahibəsində bu haqda bildirirdi.

Aparılan siyasət nəticəsində bu mövqeyi qəbul olundu və 2022-ci ilin fevralında Aİ Azərbaycana 2 milyard avro həcmində maliyyə paketi ayırdı.

Minsk qrupunun "dəfni": müharibədən sonra Bakının əsas siyasi xətlərindən biri də münaqişənin mövcud olduğu dövrdə heç bir nəticə əldə etməyən bu formatın ləğv edilməsinə yönəlib. Prezident İlham Əliyev də müsahibəsində Minsk qrupunu ciddi şəkildə tənqid etmiş, postmünaqişə reallıqlarına bu formata ehtiyac olmadığını vurğulamışdı. Ötən müddətdə Minsk qrupu formatının sıradan çıxması ilə bağlı ciddi irəliləyişlər olub, formatla bağlı hələ də müəyyən cəhdlər edilsə də, yeni reallıqda bu cəhdlər nəticəsiz qalır.

Enerji sektoru: dövlət başçısı Avropanın enerji bazarındakı vəziyyəti düzgün təhlil edərək, Azərbaycanın ixracın həcmini artırmaq imkanlarından bəhs etmişdi. Bu il artıq bununla bağlı mühüm razılaşmalar əldə olunub. Dövlət başçısı "İl Sole 24 Ore" qəzetinə sonuncu müsahibəsində vurğulayıb ki, neft və qaz layihələrini tam həyata keçirən Azərbaycan indi elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəni icra edir.

Prinsipial mövqeyin davam etməsi və nəticəsi

Azərbaycan lideri Ermənistanla münasibətlərin normallaşması, kommunikasiya layihələrinin icrası, Cənubi Qafqazın gələcəyinə dair ötən ilki müsahibəsində səsləndirdiyi fikirləri sonuncu müsahibəsində də qeyd etdi: sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması və digər məsələlər;

Artıq ötən ilin dekabrında baş tutan ilk Brüssel görüşündən keçən müddətdə Ermənistan sülh sazişini imzalamaq məsəlsində razılaşmağa məcbur olub və bu, Azərbaycan liderinin uğurlu siyasətinin bəhrəsidir.

- Ermənistanın yeni reallıqla razılaşması üçün iki ilə qədər müddət lazım oldu: bu müddətdə Əliyevin həyata keçirdiyi strategiyası İrəvanın reallıqla barışması ilə nəticələnib;
- Sülh sazişinin mətninin hazırlanması ilə bağlı bir ay ərzində işçi qrupu yaradılacaq;
- Ermənistan tərəfi eyni iradəni nümayiş etdirərsə, sülh sazişi bir neçə ay ərzində imzalana bilər;

Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər proseslərin bu yöndə getdiyini deməyə əsas verir.

Azərbaycan lideri eyni zamanda əsas hədəflərdən birinin Zəngəzur dəhlizinin açılması olduğunu bəyan edib. Ötən il eyni qəzetə verdiyi müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev son müsahibəsində qeyd edir ki, "Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib".

Bu, bir daha Prezident İlham Əliyev uzaqgörənliyini və hadisələri təhlil edərək, proqnozlaşdırmaq qabiliyyətinin nə qədər yüksək olduğunu, eyni zamanda, Azərbaycanı hədəflərinə doğru inamla aparan siyasət həyata keçirdiyini təsdiq edir./Publika


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1186   Tarix: 03 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr