Məşhur aktrisa: "İnsultdan sonra 300 botoks iynəsi vurdurdum" - "Yoldaşım olsaydı..."
Dünyaca məşhur aktrisa Şeron Stoun ərəblərin "Vogue" jurnalının sentyabr buraxılışının özəl qonağı olub.
Sonxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, 64 yaşlı aktrisa jurnalın üz qabığı üçün kamera önünə keçib. Aktrisanın həm şəkilləri, həm də fikirləri maraqla qarşılanıb. O yaşlanma əleyhinə prosedurlara münasibəti, bikinili fotolarından danışıb.
Stoun etiraf edib ki, 2001-ci ildə keçirdiyi insult onu estetik müalicələrinə baxışlarını dəyişməyə məcbur edib.
300 botoks və dolğu iynəsi...
"Elə vaxtlar olub ki, şöhrətimin zirvəsində botoks, dolğu və başqa prosedurlar etmişəm. Sonra insult və beyin qanaması keçirdim, üzümün yarısını əvvəlki hala gətirmək üçün 300-dən çox botoks və dolğu iynəsi vurdurmağa məcbur oldum. Artıq o zaman estetik əməliyyat sevimli və rahatladıcı prosedurdan ağrılı nevroloji ehtiyaca çevrildi"- deyə aktrisa bildirib.
Stoun bir vaxtlar özündən yaşca kiçik bir kişi ilə münasibətdə olduğunu, o da ondan botoks etdirib- etdirmədiyini soruşduğunu deyib.
"Ona dedim ki, bu yəqin ki, sənin və mənim eqom üçün çox yaxşı olardı. Amma qısa müddətdən sonra münasibətlərimiz sona çatdı, çünki o artıq mənə marağını itirmişdi.
Mənə elə gəlir ki, hazırda həyatımın ən həyəcanlı və yaradıcı dövrünü yaşayıram. Özümü çox, çox xoşbəxt hiss edirəm. Mən heç vaxt bu qədər sevincli olmamışam"- Şaron etiraf edib.
Aktrisa ardınca əlavə edib:
"Mən özümlə rahatam və özümü təzyiq altında hiss etmirəm. Mənə elə gəlir ki, indi söyləyəcəyim fikirlə digər qadınlar da razılaşar. İndi bizim- qadınların özünü təzyin altında və məzlum hiss etməsi üçün nəhəng səylər göstərilir. Amma mənimlə bu oyun keçməz".
45 yaşından sonra qadınların görünməz olurlar
Aktrisa qadın hüquqlarının itirilməsinə də diqqət çəkərək, yaş ayrımının və cinsiyyətçiliyin hökm sürdüyü dünyada 45 yaşından sonra qadınların görünməz hala gəldiyini bildirib.
"Buna görə də bikinili fotolarımı yayımlayıram. Hiss edirəm ki, qadınlar 45 yaşında ana olduqdan sonra görünməz olurlar və insanlar sənin yanından səni görmədən keçib gedirlər.
Şəxsi həyatı haqqında düşünən ulduz həmçinin etiraf edib:
"Düşünürəm ki, yoldaşım olsaydı, daha çox övladım olardı".
Stounun üç övladlıq oğlu var. 2000-ci ildə Fil Bronşteynlə evli olarkən Roan Cozefi övladlığa götürən aktrisa boşandıqdan sonra daha iki oğlan uşağı götürdü: 2005-ci ildə Laird Vauhn və 2006-cı ildə Quinn Kelli.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqustZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqustXalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla
20 iyul"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyulFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabr