Lukino Viskonti: "O filmə görə anamın zinət əşyalarını satmışam"

Lukino Viskonti: "O filmə görə anamın zinət əşyalarını satmışam"İtalyan neorealizmin əsasını qoyanlardan biri, dünya kinosunda adı Antonioni və Fellini ilə yanaşı çəkilən, aristokrat, marksist, antifaşist hərəkatının üzvi Lukino Viskonti 1906-cı ildə İtaliyanın Milan şəhərində anadan olub. Visskonti "Rokko və onun qardaşları", "İnteryerdə ailə portreti", "Tanrıların məhvi", "Leopard", "Lyüdviq" filmlərinin rejissoru olub. Kulis.az jurnalist Kostanzo Kostantinin Viskonti ilə ölümündən iki il əvvəl hazırladığı sonuncu müsahibəni sizə təqdim edir.

-İnsult keçirdiyiniz gecəni necə xatırlayırsınız? Bəlkə xəstəlikdən əvvəl sağlamlığınız sizə hansısa xəbərdarlıq etmişdi…

- Mən həmişə yaxşı vəziyyətdə olmuşam. Heç vaxt sağlamlığımla bağlı narahatçılığım olmayıb. Hətta çox vaxt məətəl qalırdım necə olur ki, mən bir dəfə də olsun xəstələnmirəm. Üstəlik heç vaxt sağlamlığımın qayğısına qalmamışam. Həddindən artıq siqaret çəkirdim. Bəzən bir günə yüz on, yüz iyirimi siqaret çəkirdim. Gecə-gündüz demədən işləməmişəm. İndi bir çox rejissorlar kiçik bir epizod çəkən kimi deyir: "İcazənizlə mən bir neçə dəqiqəlik otağıma çəkilib istirahət edim." Xeyr, mən belə olmamışam. Hətta prodüsserlərim çox vaxt məni qınayırdılar ki- sən bizə ayaqyoluna getməyə belə imkan vermirsən.

Həmin gün isə biz dostlarla birlikdə "Edem" restoranına dincəlməyə getmişdik. Qəfildən mənim halım dəyişdi. Sonra məni otağa qaldırıb çarpayıya uzatdılar. Daha sonra isə xəstəxanaya apardılar. Ətrafımda baş verən hər şeyi bu gün də tam dəqiqliklə xatırlayıram.

-Bəs xəstəliyinizin ilk anlarında sizi ən çox narahat edən nə oldu?

-Film, film, film. "Lyüdviq" filmini tamamlaya bilməmək, onu ekrandan izləməmək qorxusu ağlıma gələn ilk fikir oldu. "Lyüdviq"lə bağlı düşüncələr məni bir an olsun belə rahat buraxmadı. Hətta sizə bir söz də deyim ki, məhz həmin fikirlər mənə güc verdi ki, xəstəliyimlə mübarizə aparıb ayağa qalxım və filmin çəkilişlərini tamamlayım. Bu səbəbdəndir ki, "Lyüdviq" mənim ən sevimli filmimdi.

-Yəqin ki, həmin gün sizi təkcə filmlə bağlı fikirlər narahat etməyib… Dostlarınızı, doğmalarınızı, həmkarlarınızı xatılayırdınızmı?

-Hər şeydən əvvəl ciddi bir məqamı qeyd etmək istərdim. Mən doğma insanlarla əhatə olunmuşdum və bunu hiss edirdim. Əgər onlar olmasaydı nə edəcəyimi təsəvvür belə edə bilmirərm. Xəstəxanada yatdığın müddətdə tərk edilmək çox acınacaqlı haldır. Onlar isə məni bircə dəqiqə də yalnız qoymurdular. Enriko Medioli məni bir dəqiqə də tək buraxmırdı. Elə bil ki, mənim baxıcım idi. Bəzən mən ona acıqlanıb deyirdim: "Bura bax, Enriko əsəblərim hərəkətə keçməmiş burdan yox ol." Ancaq mən onu da çox gözəl başa düşürdüm, O, istəyirdi ki, mən tezliklə sağalım. Həmin ərəfədə istər İtaliyada, istərsə də dünyanın başqa şəhərlərində yaşayan dostlarımın mənə olan sədaqətinin və həqiqi sevgisinin şahidi oldum. Alen Delon, Xelmut Berqer tez-tez mənə baş çəkirdilər. Alen Delon mənə hər cür köməklik etməyə hazır idi. Elə Xelmut da.

-Bəs gələ bilməyib məktub yazan və ya teleqram göndərənlər oldumu?

-Əlbəttə. Cozef Luiz, Marlen Ditrix, Bert Lankaster, hətta Mariya Kallas belə mənə məktub göndərmişdi. Ancaq ən yadda qalan sözləri Marlen yazmışdı. O, mənə məktubla birgə özünün iri bir şəklini göndərmişdi. Fotonun altından isə belə yazmışdı. "Həmişə səni düşünürəm"

-Lukino, siz inanclı insansınız? Allaha inanırsınızmı?

-Bəli. Mən həmişə inanmışam. Lap uşaqlıqdan. Mən katolik tərbiyə almışam. Ancaq heç vaxt katolik olmamışam. Buna baxmayaraq allaha inanıram. Həmisə hansısa sirli qüvvənin kainatın üzərində dolaşmasına inanmışam. Çünki, inanc olmasa, həyat öz mənasını itirər. Səncə də bu belə deyil? İnsan nəyəsə inanmalıdı axı…

-Siz həm də komunistsiniz. Komunistlərlə yaxınlaşmağınız, onlarla dostluğunuz necə baş tutdu? Axı siz varlı, aristokrat, atları və bahalı əşyaları sevən adamsınız…

-Bəli, bu doğrudu. Mən varlı və aristokrat ailəyə mənsubam. Atam varlı və əsilzadə insan olsa da, teatrı və musiqini çox sevirdi. Və o bizi öz dünyagörüşü ilə tərbiyə edirdi. Bizdə teatra, mütaliəyə, incəsənətə hər cəhətdən maraq oyatmağa çalışırdı. Milanda yerləşən "La skala" teatırını babamdan sonra uzun illər atam maliyələşdirdi. Anam da eyni ilə atam kimi incəsənəti çox sevirdi. Amma onda bahalı yaşayış tərzinə, bərbəzəyə maraq çox idi. Buna baxmayaraq anam hər gün bizim tərbiyəmizin və təhsilimizin qayğısına qalırdı. Mənim violonçel alətində ifa etməyim məhz onun təkidi ilə həyata keçmişdi. Yəni biz başqa aristokrat ailələr kimi vaxtımızı boş və mənasız yerə keçirməmişik.

-"Mübtəla olmaq" filminin çəkilişləri üçün komunistlərdən maliyə yardımı aldığınız doğrudurmu?

-Əlbəttə doğrudu.

-Film necə qarşılanmışdı?

-Film nümayiş olunan zaman zalın ən qaranlıq yerində əyləşmişdim. Mən bahalı kürkə bürünüb filmə baxan qadınların utanaraq qıcıqlandıqlarını və bunu gizlətmədən "necə də iyrəncdir" sözlərini dediklərini eşidirdim. Ancaq onlar ağıllarına belə gətirə bilməzdilər ki, həmin filmi çəkmək üçün mən anamın bahalı zinət əşyalarını satmışam.

-Sizi həm də özünüzü ispan qrandı kimi aparmaqda günahlandırılar. Və prodüsserləri talamaqda heç də Fellinidən geri qalmadığınız haqqında xəbərlər gəzir…

-Bu sözlər əfsanədən ibarətdir. Əlbəttə mən tələbkar insanam. Və film üçün nə lazımsa onu etməyə çalışıram. O ki qaldı Fellini haqqında deyilənlərə. Hesab edirəm ki, Fellini elə dedikləri kimi də davranır. Yeri gəlmişkən, Fellini indi nə işlə məşğuldu, nə danışır?

-Fellini deyir ki, kinonun yaranması sanki dünyanın yaranmasına bənzəyir. Və heç kim kinonun necə yaranması, neçəyə başa gəlməsi haqqında heç nə bilmədiyindən onun üçün də bu qəbildən olan məsələlərin heç bir fərqi yoxdu.

-O bu haqda yaxşı deyib. Lakin, insanlar müxtəlifdirlər. Mən həddindən artıq tələbkar və ciddi adamam. İş prosesində isə bütün hakimiyyət yalnız mənim əlimdə olur.

-Fellini ilə münasibətiniz nə yerdədi?

-Yaxşıdı… Bizim dost olmamağımız söz-söhbətdən başqa bir şey deyil. O, mənə həmişə heyranlıq hissi aşılayıb. Fellini kinomatoqrafiyanın nəhəngidi. Əgər bir insan dahidirsə, onu dahi kimi də qəbul etmək lazımdır.

-Lyüdviq filmindən başqa daha hansı filminizi bəyənirsiniz?

-"Torpaq titrəyir", Rokko və onun qardaşları". Həmin filmlərdə sosial səslənişlər daha çoxdu.

-Bəs teatrda?

-Teatrda vəziyyət bir az başqa cürdü. Orda baş verən hər şey ancaq yaddaşlarda qalır. Bunun belə olması bəlkə də daha yaxşıdı. Təsəvvür edirsinizmi, bir gecədə baş verən bütün əhvalatlar, emosiyalar pərdə enən kimi yaddaşlara köçür və orada yaşayır.

-Proyektlərinizin içərisində ən bahalı olanı hansıdı? Tomas Mannın "Sehrli dağlar" romanıını ekranlaşdırdıqdan sonra kinokaryeranızı dayandırmaq fikri hələ də aktualdı?

-Hesab edirəm ki hə. Üstəlik Tomas Mannın oğlu da artıq romanın ekranlaşdılrılmasına icazə verir. Lakin, mən hələ film çəkməyə hazır deyiləm. Mənə yüksəkliyə, dağlara çıxmaq olmaz. Ancaq bütün hallarda ilk olaraq "İnteryerdə ailə portreti", ardınca isə "Sehrli dağlar" filmini çəkməyi planlaşdırıram. Bu düşüncə həmişə məni yaşamağa və işləməyə ilhamlandırır.

-Nə üçün məhz həmin fikir sizi həmişə və indi ilhamlandırıb? Nədir bunun səbəbi?

-Xəstəlik müddətində mən Tomas Mannın bu əsərinin şedevr olduğuna bir daha əmin oldum. Çünki indi mən xəstəxananın necə yer olduğunu yaxşı bilirəm. Əvvəllər isə bu haqda bilmirdim.

Və ən maraqlı təsadüf ondan idarətdir ki, mən Tomas Mannın Sürixdə yatdığı və həyata gözlərini yumduğu xəstəxnada yatmışam. Nəyə görəsə bu faktı bütün xəstəxana heyəti məndən gizlin saxlamağa çalışırdı. Bir dəfə mənim yanıma bir professor gəldi. Mən ondan soruşdum ki, "Tomas Mann bu xəstəxanada ölüb?" O mənə dedi ki -burda bu haqda danışmırlar. Lakin bu barədə siz soruşursunzsa, bəli o, burda vəfat edibdi.

Mən hələ də başa düşmürəm ki, onlar niyə bu xəbəri məndən gizlədirdilər. Bəlkə də buna səbəb onun məhz mənim yatdığım otaqda keçinməsi idi. Bilmirəm…

Ölümündən əvvəl Tomas Mann İsveçrənin dağlarına dincəlməyə getmişdi. Axşam tərəfi arvadı onu xəstəxanaya gətirir. Onun ayaqlarında dəhşətli ağrılar başlanıbmış. O, elə güman edib ki, bu flebit xəstəliyindəndi. Həkimlər onu dərhal xəstəxana qeydiyyatına salıblar. Elə həmin gecə də o, dünyasını dəyişib. Ölümündən əvvəl isə o, arvadına deyib ki, "mənim eynəyimi və kitabımı çarpayının yaxınlığına qoy. Kim bilir bəlkə gecə oyanıb mütaliə etməli oldum". Bu onun sonuncu sözləri olub. Ertəsi günü onu ölmüş vəziyyətdə tapıblar. Sizcə bu həddindən artıq kədərli deyil? Adi bir flebit insanların, üstəlik Tomas Mann kimi insanların erkən ölümünə səbəb olur. Bu çox-çox kədərlidi. Sonsuz dərəcədə qüssəlidi.../Tehsil.biz


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1495   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021