Azərbaycan-İtaliya əlaqələri: Reallıqlar və perspektivlər

Azərbaycan-İtaliya əlaqələri: Reallıqlar və perspektivlərİtaliya Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində böyük rola malikdir. Bu baxımdan Azərbaycan-İtaliya münasibətlərinin lokomotivinin bu sahə olduğunu demək mümkündür.
Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 2006-cı ildə təsis edilib. Bu ölkə davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. 2009-cu ildən etibarən iki ölkə arasında xarici ticarət dövriyyəsinin dinamikasına nəzər saldıqda, ticarətin sabit yüksək artım dinamikasının şahidi olmaq mümkündür. Dünya bazarında neftin qiymətlərindəki qeyri-sabitlik fonunda bu dinamikada müəyyən illərdə eniş olsa da son illərdə yenidən yüksələn xətt üzrə davam edir. Təkcə ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin 28,5 faizi, o cümlədən ixracının 41,6 faizi bu ölkənin payına düşüb. Cari ilin 7 ayında isə xarici ticarətin 36,8 faizi, o cümlədən ixracın 48,3 faizi İtaliyaya aid olub. Başqa sözlə, rəqəmlər bu ölkənin Azərbaycan üçün əhəmiyyətini izah edir və əlavə sözə ehtiyac da yaranmır.
Ötən il iki ölkə arasında olan ticarət dövriyyəsinin 95,65 faizini Azərbaycanın bu ölkəyə ixracı təşkil edib. Başqa ifadə ilə Azərbaycanın İtaliya ilə xarici ticarət dövriyyəsində müsbət saldo böyük fərqlə ölkəmizin xeyrinədir. İki ölkənin xarici ticarət dövriyyəsinin məhsullar üzrə strukturunda xam neft və neft məhsullarının ixracı üstünlük təşkil edir. İxracın 65,6 faizini xam neft və neft məhsulları təşkil edib. İxracın yalnız 0,57 faizi qeyri neft-qaz məhsullarından ibarət olub. İxracın yerdəqalan hissəsini təbii qaz ixracı tutub. Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Azərbaycandan İtaliyaya da qaz nəqlinin başlaması bu ölkəyə ixracda yeni səhifənin açılmasına şərait yaradıb. Təbii qaz nəqli layihə gücünə çatdıqca bu özünü ixracda da göstərməkdədir.
İtaliya ilə iqtisadi əlaqələr özünü işğadan azad edilmiş ərazilərin bərpası layihələrində də göstərib. Belə ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrə Türkiyə şirkətlərindən sonra ikinci olaraq İtaliyanın "Ansaldo Energia" şirkəti qoşulub.
"ENİ" qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunmuşdur. İtaliyanın "ENİ" şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir.
Bundan əlavə, müxtəlif İtalyan şirkətlərinə (Saipem, ValvItalia, Renco S.p.a, Bonatti spa, Enereco S.p.a. e Max Streicher S.p.a, Honeywell SRL və s.) Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərdə təchizat və xidmət layihələri verilib.
Eyni zamanda, SOCAR və onun törəmə şirkətləri tərəfindən İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrin əsasında İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərini həyata keçirirlər. Bu işlərin bir hissəsi artıq yekunlaşıb. Düzdür, bu müqavilələrin maliyyə tutumu İtaliyanın Azərbaycanla ticarətindəki kəsirindən geri qalır. Lakin o da nəzərə alınmalıdır ki, bu ölkənin Azərbaycandan idxalı, əsasən beynəlxalq konsorsiumlar çərçivəsində həyata keçirilən hasilata əsaslanır.
Bununla belə, yaxın gələcəkdə də Azərbaycanın İtaliya ilə iqtisadi əlaqələrinin enerji müstəvisində inkişaf edəcəyi şübhəsizdir. Əgər əvvəllər burada əsas yeri xam neft tuturdusa, hazırda bura təbii qaz da əlavə olunmaqdadır. Bu fon iki ölkənin münasibətlərində digər sahələrdə də əməkdaşlıq imkanları yaratsa da enerji amilinin həmişə ön planda qalacağı istisna deyil. Təsadüfi deyil ki, Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumundakı çıxışında bu il İtaliyaya qaz nəqlinin həcminin daha da artırılacağının, bu ölkəyə 10 milyard kubmetrə yaxın "mavi yanacaq" ixrac ediləcəyinin planlaşdırıldığını bildirib. Ölkəmizin başçısı ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunduğunu, bunun da 11,7 milyard kubmetrinin İtaliyanın payına düşdüyünü xatırladıb. Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar Azərbaycanın enerji resurslarına bu ölkədə tələbatı daha da artıracaq.

Metin Hüseynov – siyasi şəhrçi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 851   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr