Tarixi qolun müəllifi: "Qarabağ" çox ağır qrupa düşüb"
Azərbaycan futbol tarixinin ən böyük uğuru, şübhəsiz ki, 2017/18 mövsümündə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsidir. "Ölüm qrupu"na düşən Ağdam klubunun heyətində ən çox diqqət çəkən futbolçu həmin vaxt PAOK-dan icarəyə götürülən Pedro Enrike idi.
"Roma" ilə Bakıdakı qarşılaşmada fərqlənməklə Azərbaycan təmsilçisinin Çempionlar Liqasında ilk qolunun müəllifi olan braziliyalı Sports.az saytına açıqlamasında həmin mövsümü xatırlayıb.
Bu ilin aprelində ölkəsinin "İnternasional" klubuna keçən 32 yaşlı hücumçu "Qarabağ"ın karyerasındakı yüksəlişdə böyük rol oynadığını bildirib:
"Karyeramın ən uğurlu dönəmini "Qarabağ"da keçirmişəm. Bir futbolçu üçün ən böyük xəyal sayılan Çempionlar Liqasının qrupunda yalnız bu komandanın heyətində çıxış etmişəm. Özü də "Çelsi", "Roma", "Atletiko" kimi klublara qarşı. "Qarabağ"da keçirdiyim bir ili ömrüboyu unutmaram. Sonra "Astana"nın heyətində Avropa Liqasında çıxış etdim. Bu iki turnir daha yaxşı liqalarda oynamaq üçün pəncərədir. Görünür avrokuboklarda özümü yaxşı tərəfdən göstərə bilmişəm ki, karyeramın növbəti mərhələsində Türkiyə olub, indi isə Braziliya A seriyasında mübarizə aparıram".
Yunanıstan və Fransada da çıxış etmiş Pedro Enrike "Qarabağ"ın bu mövsüm Avropa Liqasının qrup mərhələsində həmin ölkələrin təmsilçiləri "Olimpiakos", "Nant", eyni zamanda Almaniya "Frayburq"u önündə şanslarını da dəyərləndirib:
"Qarabağ" çox ağır qrupa düşüb. "Olimpiakos" Yunanıstanın ən güclü klubudu. "Frayburq"un Bundesliqanın lideridir. "Nant" da "Böyük Beşlik" çempionatlarından Fransada Liqa 1-də oynayan komandadır. Kimin qrupdan çıxacağını indidən proqnozlaşdırmaq çətindir".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu sabah Almaniyada "Frayburq"a qarşı keçirəcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1799 Tarix: 07 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrF1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək
22 sentyabr"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr