"Ordu quruculuğunun əsas istiqamətlərindən biri..." - Deputatdan AÇIQLAMA

"Ordu quruculuğunun əsas istiqamətlərindən biri..." - Deputatdan AÇIQLAMA"Tarixdə özünü təsdiq etmiş belə bir deyim var: öz ordusunu qura bilməyən dövlət, xalq yad orduları bəsləməyə məcburdur. Müasir dünyada gedən proseslər dövlətlərin təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunması üçün silahlı qüvvələrini ən müasir döyüş silahları, texnikası ilə təchiz etməyi, döyüş qabiliyyətini davamlı şəkildə inkişaf etdirməyi şərtləndirir. Nəzərə almalıyıq ki, yerləşdiyimiz Cənubi Qafqaz regionu tarixən müxtəlif qlobal güclərin geosiyasi maraqlarının toqquşduğu coğrafiyadır. Eyni zamanda, Ermənistan kimi, digər millətlərlə birgə yaşayış mədəniyyətinin olmadığı, daima gözü başqa xalqların torpağında olan bir dövlətlə qonşuluq bu sahənin inkişafına xüsusi diqqət tələb edir".

Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.

O vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətə başladığı ilk gündən ordu quruculuğuna xüsusi diqqət yetirməsi, ildən-ilə dövlət büdcəsində müdafiə xərclərinin artırılması, ən müasir silahların, texnikanın alınması, müxtəlif fərqli sistemlərin təcrübəsinin mənimsənilməsi ilə şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi öz müsbət nəticəsini verdi. Qarabağ işğaldan azad oldu, ölkənin ərazi bütövlüyü təmin olundu:

"Lakin əfsuslar olsun ki, problemlər bununla bitmədi. Ermənistan, ona havadarlıq edən qüvvələr bölgədə dayanıqlı sülhün olmasında maraqlı görünmürlər və biz, dövlət olaraq, bu çağırışlara hazır olmalıyıq.

Ordu quruculuğunun əsas istiqamətlərindən biri ən müasir standartlara cavab verən silahların, döyüş texnikasının alınması və ölkədə istehsalının təşkil edilməsidir".

Deputat Bakıda keçirilən ADEX-2022 sərgisinin əhəmiyyətinə də toxunub:

"Bakıda keçirilən ADEX-2022 sayca dördüncü sərgidir və Azərbaycanın müdafiə sənayesinin inkişafında xüsusi əhəmiyyətə malikdir. Sərgidə 26 ölkədən 200-ə qədər şirkətin təmsil olunması, silah satışı bazarında ciddi rəqabəti göstərir. Ələlxüsus, milli müdafiə sənayemizin istehsalı olan pilotsuz uçuş aparatları, zərbə dronları, dron-kamikadzeləri, atış silahları, snayper tüfəngləri hər birimizi qürurlandırdı. Yeni silah növlərinin, döyüş texnikalarının müştərək istehsalı barədə əldə olunan razılıqlar və gələcəkdə ixrac imkanlarının nəzərdə tutulması, ölkəmizdə müdafiə sənayesinin perspektivlərindən xəbər verir.

Qardaş Türkiyənin geniş çeşiddə məhsullarla təmsilçiliyi, dünya silah bazarında türk silahlarının daha etibarlı imicə malik olması, rəqabət qabiliyyətliyyətini günü-gündən artırması hər birimizi sevindirir.

İsrailin və digər dost dövlətlərin sərgidə iştirakları, öz təcrübələrini bölüşmələri tədbirin əhəmiyyətini və ölkəmizə marağı artırır.

Tarix boyu silah biznesi ən gəlirli sahələrdən biri hesab olunub. Dövlət başçımızın müdafiə sənayesini inkişaf etdirməkdə əsas məqsədi, Silahlı Qüvvələrin mümkün qədər yerli silahlarla təchiz olunması ilə yanaşı, iqtisadiyyatın qeyri-neft sektorundan asılılığın aradan qaldırılmasıdır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1557   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr