Şeyx Qazaxıstana gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 12-də Qazaxıstana səfərə yola düşəcək. Səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir.
Sonxeber.az QMİ-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Nursultan şəhərində 14-15 sentyabr tarixlərində keçiriləcək iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.
Qurultayın budəfəki mövzusu "Dünya və ənənəvi dini liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu"dur.
A.Paşazadə sentyabrın 13-ü Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin sədrliyi ilə keçiriləcək Qurultay Katibliyinin iclasına qatılacaq. Sentyabrın 14-də isə VII Qurultayda iştirak edəcək, plenar iclasda çıxış edəcək.
Qurultayın açılış mərasimində Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev iştirak edəcək. BMT Baş Katibi Antoniu Qutterişin videomüraciətlə Qurultay iştirakçılarına müraciəti nəzərdə tutulur.
Şeyxülislamın bu səfəri zamanı Qazaxıstanın ali rəhbərliyi və tədbir çərçivəsində dünyanın nüfuzlu dini liderləri, o cümlədən, Roma Papası Fransisk həzrətləri və Vatikan rəsmiləri, habelə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib ilə görüşləri nəzərdə tutulur.
Səfər 16 sentyabradək davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir