Paşinyan Putinə yeni müharibə ANONSUnu verdi: Qarabağda savaşa hazırlıq - Bu dəfə ABŞ...

Paşinyan Putinə yeni müharibə ANONSUnu verdi: Qarabağda savaşa hazırlıq - Bu dəfə ABŞ...Ermənistan dövlət sərhədində Azərbaycan mövqelərinə qarşı və eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti səlahiyyət zonası hesab edilən Qarabağ ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən silahlı insidentlərin sayı yenidən artır. Bunun Brüssel görüşündən sonra baş verməsi bəzi məqamlara yenidən göz gəzdirmək zərurəti yaradır.

Proseslərin belə cərəyan etməsi deməyə əsas verir ki, Nikol Paşinyan Rusiya səfəri zamanı uzaq Vladivostoka Şərq İqtisadi Forumundakı çıxışını artıq Brüsseldə hazırlamışdı. Avropanın siyasət paytaxtında Avropa İttifaqının hüzurunda Azərbaycanla sülh yolunda gündəliyə daxil olan məsələlərlə bağlı razılığını ifadə edən Paşinyan görünür "B" planına arxayın olduğu üçün Bakını və Avropa İttifaqını aldatmağa cəhd edib.

Öncə gedək 4-cü Brüssel görüşünə...

Paşinyan Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan Prezidentinin sülhlə bağlı təkliflərini qəbul etdiyini göstərməklə Avropa İttifaqına və digər beynəlxalq təşkilatlara, böyük dövlətlərə göstərməyə çalışdı ki, "baxın, biz də sülh istəyirik, biz də regionda sabit vəziyyətin tərəfdarıyıq".

Amma reallıq...

Rusiyaya səfər edən Paşinyan orada nəinki "B" planını işə saldı, növbəti hiyləsinin üstünü açmış oldu. Erməni baş nazir Şərq İqtisadi Forumunda çıxışı zamanı Cənubi Qafqazda yeni eskalasiyanın anonsunu verdi. O, iddia edərək bildirdi ki, "dünyanın diqqəti Ukrayna müharibəsində olduğu və Rusiyanın ora fokuslandığı vaxt Cənubi Qafqazda sabitlik növbəti dəfə pozula bilər". Əslində Paşinyan bu bəyanatı ilə bütün məsuliyyəti Azərbaycanın üstünə yıxmağı hədəflədiyini göstərdi.

Çünki nəzər yetirsək görərik ki, Brüssel görüşündən saatlar sonra həm Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında hələ də mövcud olan qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən, həm də Ermənistan-Azərbaycan dövlət sərhəddinin müxtəlif istiqamətlərində Ermənistan ordusu tərəfindən nəinki mövqelərimiz, artıq mülki insanlar, yaşayış məntəqələri də mütəmadi olaraq atəşə məruz qalmağa başladı. Son günlər isə bu hal daha intensiv hal alıb.

Demək ki, Paşinyan öncədən Brüsseldə masada olacaq məsələlərdən xəbərdar səlahiyyətli şəxs kimi düşünüb ki, Brüsseldə Avropa İttifaqı prezidentinin də iştirak etdiyi bu üçtərəfli görüş zamanı Azərbaycanın bütün beynəlxalq hüquq normalarına uyğun olan təklif paketini qəbul etməmək Qərbdə özünü daha da çətin duruma salmaq, Ermənistan üçün vəziyyəti qəlizləşdirməkdən başqa bir şey olmaz. Odur ki, Ermənistan dövlət başçısı qərara gəlib ki, Azərbaycanın haqlı tələbinə "Hə" deyərək, hamya rəsmi İrəvanın da bu təşəbbüsdən yana olduğunu göstərdikdən sonra, dünya ictimaiyyətini aldadaraq özünə inandırdıqdan sonra yenidən öz bildiyi kimi təxribatlarını, sülh danışıqlarını pozmaq, vaxt qazanmaq üçün gərginliyi artıracaq addımları həyata keçirər.

Amma Paşinyanın bu hiyləsinin hədəfi bir yox, ikidir: Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə avqustun 31-dəki görüşündən sonra cəmiyyətinə "iki ölkə arasınsa sülhün alternativi yoxdur" mesajları verməsi əslində həm Avropa İttifaqının, dünya ictimaiyyətinin, həm də daxili auditoriyanın gözündən pərdə asmaq üçün hesablanıb:

- Paşinyan ilk növbədə Qərbə göstərməyə çalışır ki, "baxın, mən Ermənistan cəmiyyətini də sülhə hazırlayıram, onlara bundan başqa çıxış yolumuzun qalmadığını izah etməyə çalışıram.

- Erməni baş nazir digər tərəfdən də bu cür bəyanatlarla özünün hakimiyyətdəki yerini sığortalamağa çalışır. Belə ki, Paşinyan sülhə təhdid olacaq, danışıqlar prosesini pozmağa hesablanan törədəcəkləri təxribatlar sonrası danışıqlar prosesinin dalana dirəndiyi təqdirdə yenidən Azərbaycandan növbəti "Qisas" əməliyyatını icra etməsi nəticəsində böyük zərbə alacaqlarını hesaba qataraq, azından özünü daxili auditoriyada haqlı çıxaracaq bir fikir üçün zəmin hazırlamağı düşünür: "Görürsünüz, mən sizə deyirdim axı, Qarabağ Ermənistanın məsələsi deyil, sülhdən başqa yolumuz yoxdur".

Eyni zamanda Ruisyadakı bu Forumda çıxışı zamanı 44 günlük müharibəni "Azərbaycanın dünyanın diqqəti pandemiyaya yönəlməsindən istifadəsi" kimi qələmə verərək bölgədəki hazırki vəziyyəti "2020-ci ildəki vəziyyətlə" eyniləşdirən Nikol Paşinyan bununla bir növ diqqəti yeni toqquşmaların ola biləcəyinə yönəldir və o, Kreml rəhbərinin hüzurunda belə bir açıqlama etməklə sanki Rusiyanı "Azərbaycan bizim təxribatlarımıza kəskin cavab verərsə, bu dəfə onların qarşısını alın" yalvarışı edir.

Burada xüsusilə bir məsələ diqqətdən yayınmır: Brüssel danışıqlarını, əsasən da üçtərəfli bəyanatın bütün müddəalarını pozan, onu ayaq altına atan tərəfin rəhbəri kimi Nikol Paşinyan yaxşı bilir ki, mövcud danışıqlar fonunda yeni eskalasiya razılaşmaların uzanması, masadakı gündəliyin müəyyən qədər də olsa arxa plana keçməsi üçün İrəvana daha çox sərf edir. Məhz bu səbəbdən Ermənistan növbəti dəfə danışıqarın pozulması üçün belə görünür ki, bütün riski gözə alaraq, yenidən sülhə təhdid olacaq təxribatlardan əl çəkəcək kimi görünmür.

Beləcə, N.Paşinyan sülhməramlıların müvəqqəti nəzarət zonasından mövqelərimizi atəş altında saxlayan, eləcə də sərhəd boyunca təxribatları artan xətt üzrə inkişaf etdirən Ermənistan mümkün eskalasiyada "Azərbaycan dünya ictimaiyyətinin diqqətinin Ukraynaya yönəlməsindən istifadə edir" gündəmini formalaşdıraraq bu dəfə İkinci Qarabağ müharibəsindəkindən də daha kəskin şəkildə beynəlxalq gücləri, nüfuzlu təşkilatları Azərbaycanın üstünə salaraq niyyətinə nail olmağı planlaşdırmaq niyyətindədir.

Çünki erməni baş nazir çox yaxşı bilir ki, masada danışıqların getdiyi vaxt eskalasiyanın baş verməsi Ermənistanın işinə yaraya bilər:

1. Bölgədə vəziyyət yenidən gərgin həddə çataraq danışıqlar prosesi növbəti dəfə qeyri-müəyyən vaxta qədər uzana bilər.

2. Azərbaycana qarşı sanksiyalar, təzyiqlərə nail olmaqla bərabər, Ermənistana hərbi yardım üçün beynəlxalq güclərə uzanan əl boş qayıtmaz.

İkinci variantı nəzərdən keçirərkən biz görə bilərik ki, Ermənistanın müdafiə naziri Suren Papikyan artıq sentyabrın 5-dən ABŞ-dadır, Pentaqonda müxtəlif görüşlərdə iştirak edir, bağlı qapılar arxasında amerikalı generallarla fikir mübadiləsi aparır. Ondan öncə hətta Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da 3 ay əvvəl Amerikada 4 günlük səfərə gedərək, orada Konqress və Dövlət Departamentində çoxsaylı görüşlər keçirdi.

Bütün bunlar azmış kimi, digər tərəfdən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Vilyam Börns işini-gücünü atıb uzun məsafə qət edərək iyulun 15-də İrəvana gəlsə də, onun bu səfərinin səbəbi barədə mətbuatda bir dənə də olsun məlumata rast gəlinmədi.

Xüsusilə son 3 ay ərzində Ermənistandan ABŞ-a, ABŞ-dan Ermənistana dövlət əhəmiyyətli səfərlərin birdən birə bu qədər artması və müzakirələrin genişlənməsi əslində Bakı qədər Kremli də narahat edən məsələ olmalıdır. Belə görünür ki, yeni eskalasiya riski ilə bağlı İrəvana artıq okeanın o tayından müəyyən tapşırıqlar verilib. Nəzərə alsaq ki, "status" məsələsini yenidən gündəmə gətirərək ölmüş Mins Qrupu formatını diriltmək niyyətini gizlətməyən ABŞ üçün Cənubi Qafqazın yenidən qaynar müharibə ocağına çevrilməsi arzulanan məqamdır, o zaman Azərbaycan bütün ssenarilərə hazır olmalıdır./Milli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4115   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım

3 iyul
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

1 iyul
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun