Ermənilər niyə məhz daha çox Kəlbəcəri atəşə tuturlar? - Hərbi ekspert İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Ermənilər niyə məhz daha çox Kəlbəcəri atəşə tuturlar? - Hərbi ekspert İLGİNC SƏBƏBLƏRİ AÇIQLADIAzərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri yenidən atəşə tutulub. Bununla düşmən neçənci dəfədir ki, işğaldan azad edilən rayonumuzu intensive atəşə məruz qoyur. Ermənilərin daha çox Kəlbəcəri atəşə tutması isə Ermənistanın hiyləgər xislətindən və planlarından xəbər verir. Bəs niyə məhz Kəlbəcər rayonu daha çox atəşə tutulur? Bunun səbəbləri nədir?

Mövzunu şərh edən hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirib ki, ermənilərin bütün münaqişə boyu əsas məqsədi Dağlıq Qarabağdan başqa həm də Kəlbəcərin ələ keçirilməsi olub: "Kəlbəcər işğal edilən rayonlar arasında həm ərazisinə, həm faunasına, həm yeraltı və yerüstü sərvətlərinə, həm də stratejiliyinə görə xüsusi əhəmiyyət kəsb edir. Kəlbəcərin Ermənistanla sərhədə malik olması və dağlıq relyefi bu rayonun əhəmiyyətini daha da artırır. Ermənilərin əlindən qızıl mədənləri və digər sərvətlər çıxdığına görə, onlar Kəlbəcəri daha çox atəşə məruz qoyurlar".
Hərbi ekspertin sözlərinə görə, digər tərəfdən Kəlbəcərlə Ermənistan arasında olan məsafə yaxındır və onlar atəş açmaqla Azərbaycanı təxribata sürükləməyə çalışırlar: "Belə ki, cavab atəşini Ermənistan sərhədinin pozulması kimi qiymətləndirmək üçün provakasiyalara əl atırlar. Sonra da bundan faydalanaraq MDB-dən yardım istəməyə cəhd göstərəcəklər. Putinin Vladivastok görüşündəki çıxışından sonra ermənilərdə bir ümid yaranıb və ona görə də təxribatları intensivləşdiriblər. Lakin bizim Kəlbəcərdə olan qüvvələrimiz düşmənə layiqli şəkildə cavab verirlər".

Tərlan Eyvazov əlavə edib ki, istər sülhməramlıların nəzarətində olan ermənilərin, istərsə də Ermənistandakı revanşist qüvvələrin əsas məqsədi azərbaycanlıların işğaldan azad olunan ərazilərə qayıdışını əngəlləməkdir: "İnsanlarımızı qorxutmağa çalışırlar və bizim o ərazilərə köçməyimizi istəmirlər. Çünki azərbaycanlılar öz doğma yurdlarına köçdükdən sonra ermənilərin bütün ümidləri birdəfəlik puç olacaq. Amma indi Rusiyanın münasibətinin dəyişəcəyinə və həmin ərazilərə geri dönəcəklərinə az da olsa ümidlidirlər. Hətta o vaxt 5 rayonun qaytarılması məsələsində də ermənilər heç vaxt Kəlbəcər və Laçının adını çəkmirdilər. Çünki Kəlbəcər çox böyük strateji bir məntəqədir və böyük potensiala malikdir. Lakin gün kimi aydındır ki, heç bir halda onların niyyətləri gerçəkləşməyəcək"./Konkret


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1162   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr