Baş nazirin qəribə hədiyyəsi, ucuz soba, vanna ördəyi və… - Kraliça II Elizabet haqqında MARAQLI FAKTLAR

Baş nazirin qəribə hədiyyəsi, ucuz soba, vanna ördəyi və… - Kraliça II Elizabet haqqında MARAQLI FAKTLAR"Sarayda doğulan və ömrünü zənginlik içində keçirən Kraliça II Elizabet haqqında az bilinən və çox qəribə faktlar…
Kraliça II Elizabet dünyasını dəyişəndən bəri bütün dünya onun haqqında danışır. Onun şəxsi həyatı, necə hökmdar olması, həyat yoldaşı, uşaqları və nəvələri ilə münasibətləri üzə çıxır.

Bəs kraliçanın çoxlarının bilmədiyi gündəlik həyatında nələr baş verib?

Sonxeber.az musavat.com istinadən II Elizabet haqqında maraqlı faktları təqdim edir.

SEVDİYİ MƏKANDA VƏFAT ETDİ…

Şotlandiyadakı Balmoral qalası... Kraliçanın həyatını itirdiyi yer olaraq beynimizə həkk olunsa da, bu qala ingilislərin göz bəbəyi olan "Lilibet" ləqəbli monarxının sevimli evlərindən biri olub.

QIZIL-GÜMÜŞLƏ DOLU OTAQDA PLASTİK QABLAR…

Kraliça səhər yeməyində yediyi taxıllı qidaları plastik saxlama qablarında saxlayıb. Bukingem sarayındakı qızıl və gümüş əşyaları təsəvvürünüzə gətirsəniz, saxlama qablarının sarayda nə qədər qəribə göründüyünü anlayacaqsınız.

Kraliça sarayın əməkdaşlarından səhər yeməyi süfrəsinin ətraflı planını tələb edir, hər bir qabın, ədviyyatın və taxıllı qidaların dəqiq yerlərini görmək istəyirmiş.

ÇAY MƏRASİMİ...

Kraliça II Elizabetə bir fincan çay gətirmək üçün bir neçə işçi lazım imiş: bir qulluqçu ocaqdan çay dəmliyini götürüb gümüş sürahiyə tökür, digər xidmətçi məcməyini otağadək aparır, başqa bir qulluqçu isə onu yemək otağında Kraliçaya təqdim edir…

İxtiyarında çox sayda qulluqçuları olan kraliçanın ən böyük əyləncələrindən biri əri Şahzadə Filipin Balmoraldakı məşhur manqal məclislərindən sonra süfrəni yığışdırmaq və qabları yumaq olub.

BAŞ NAZİRDƏN KRALİÇAYA MARAQLI HƏDİYYƏ - QABYUYAN ƏLCƏKLƏR

Keçmiş baş nazir Toni Bleyerin həyat yoldaşı Çerie Bleyerin sözlərinə görə, masadan birinci qalxan kraliça növbə ilə hamıdan "şam yeməyini bitirdinmi?" – deyə soruşur, boşqabları üst-üstə yığır, məmnuniyyətlə gedib qabları yuyarmış.

Başqa bir keçmiş baş nazir Marqaret Tetçer ölkəsinin monarxının çılpaq əllərlə qab yuduğunu görəndə ona bir cüt əlcək hədiyyə edib.

30 FUNT-STERLİNQLİK SOBA VƏ VANNA ÖRDƏYİ…

Kraliçanın başqa bir əşyası var ki, onun "xəsis" adlandırılmasına səbəb olub: orijinal sənət şedevrləri ilə dolu otağa qoyulmuş elektrik sobası!

Bu sobanın 30 funt-sterlinq dəyərində olduğu və xəsis kraliçanın soyuqlar düşəndə ​​bu sobaları yandırdığı barədə şayiələr dolaşıb.

Kraliçanın şəxsi vanna otağını təmir etmək üçün saraya çağırılan santexnik orada gördüklərini sonradan dünya ilə bölüşüb: başında tacı olan, sarı, plastik vanna ördəyi…

QƏNAƏTCİL, YA XƏSİS?

Saray köməkçilərinin sözlərinə görə, Kraliça müharibə illərindən qalan bəzi paltarlarını təkrar emal edir, evi gəzib işıqları söndürürmüş.

II Elizabet heç vaxt məktəbə getməyib və sarayda təhsil alıb. Əvvəllər avtomobili çox yaxşı idarə edib, amma onun heç vaxt sürücülük vəsiqəsi olmayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2026   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Meymun yazıçının arvadını öldürdü

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind

22 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr