Hərbi Prokurorluqda "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri" mövzusunda elmi-praktiki konfrans keçir

Hərbi Prokurorluqda "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri" mövzusunda elmi-praktiki konfrans keçirSentyabrın 9-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun əməkdaşları, Milli Məclisin deputatı Nizami Səfərov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və İnformasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, Azərbaycan demokratiya və İnsan haqları İnstitutunun rəhbəri Əhməd Şahidov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti – Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev, habelə şəhid ailələrinin üzvləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Ardınca konfrans iştirakçıları Memorial Soyqırımı Muzeyini ziyarət edib, onlara muzey və orada saxlanılan-tarixi həqiqətləri, o cümlədən xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş cinayətlərin izlərini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.
Konfransdan əvvəl tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Bundan sonra, konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, müasir Azərbaycanın xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək erudisiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyi və əzmkarlığının vəhdəti sayəsində yer kürəsində baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahı daha da yaxşılaşdırılır. Qazanılan ardıcıl uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Vətən müharibəsindən, möhtəşəm qələbədən bəhs edən Hərbi prokuror Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan oğulların misilsiz qəhrəmanlığından, Silahlı Qüvvələrimizin rəşadətindən, xalqımızın əzmkarlığından danışaraq qazanılan tarixi zəfəri iqtidar-xalq birliyinin şərtləndirdiyini qeyd etdi və dövlətimizin uğurlarının və şanlı qələbəmizin ölkə başçısının yürütdüyü siyasətin alternativsizliyinin təcəssümü olduğunu xüsusi vurğulayıb.
Daha sonra Hərbi prokuror Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq cinayətlərinə və digər cinayətlərə yönəltməklə, Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq törətdikləri cinayətlərdən, o cümlədən hərbçilərimizə və dinc əhalimizə qarşı həyata keçirdikləri misli görünməmiş qəddarlıqlardan danışaraq, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, 30 ilə yaxın işğal müddəti ərzində Ermənistan qəsdən şəhər və kəndlərimizi dağıtmış, talamış, bütün mədəni və dini abidələri viran qoyub. Azərbaycanın bir neçə şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir olunub. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törədib, o cümlədən meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, çaylarımız çirkləndirilib və zəhərləndirilib, torpaqlarımız isə yararsız hala salınıb.

Sevindirici və qürurvericidir ki, hazırda geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin tapşırıqları və müdrik tövsiyələri əsasında bütün infrastrukturların yenidən qurulması, avtomobil və dəmir yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının, tunellərin, körpülərin, müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, su-elektrik stansiyalarının tikilməsi, eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və Ulu Öndərin xeyirxah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni və dini abidələrimizin bərpa edilməsi prosesi uğurla davam etdirilir. Bu da dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın qüdrətini və iqtisadi gücünü sübut edən növbəti bariz nümunədir.
Bundan sonra, Milli Məclisin deputatı Nizami Səfərov "Ermənilərin Azərbaycan ərazisində yerləşdirdikləri minalara və digər partlayıcı qurğulara görə beynəlxalq konvensiyalara əsasən daşıdığı məsuliyyət", professor Əmir Əliyev "Törədilmiş müharibə cinayətlərində Ermənistanın beynəlxalq hüquqla müəyyən olunmuş məsuliyyəti", tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova "Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər, tarixi faktlar", hüquq müdafiəçisi Əhməd Şahidov "Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda və dünya mediasında tanıdılması və qarşıda duran mühüm vəzifələr" və müharibə veteranı Füzuli Rzaquliyev "I və II Qarabağ müharibəsində ermənilərin törətdikləri müharibə cinayətləri" mövzularında ətraflı çıxışlar ediblər, baş ədliyyə müşaviri Emil Tağıyev isə ermənilərin törətdikləri sülh və insanlıq əleyhinə olan və digər cinayətlər üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq edilən cinayət işləri barədə ümumi məlumat verib.
Sonda Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət, o cümlədən uğurlu xarici siyasət və görülən nəhəng işlər nəticəsində artıq dünya ictimaiyyətinin sözügedən məsələlər barədə səhih və ətraflı məlumatlandırılmasına, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə dövlətimizin müvəffəq olduğunu qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslərin layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 791   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım

3 iyul
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

1 iyul
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun