Ukrayna BAŞ ROLDA - Rusiya geri çəkilir, Krıma aparan yollar açılır
Xerson istiqamətində hücuma keçən Ukrayna ordusunun Rusiyadan iki min kilometrlik ərazini geri aldığı açıqlandı. Bundan sonra Rusiya Müdafiə Nazirliyindən çox gözlənilən bəyanat gəldi. Müharibədə son durum...
Hədəfini Ukraynanın şərqinə çevirən Rusiya son həftələrdə müdafiə mövqeyindədir. Çünki Volodimir Zelenskinin göstərişi ilə Xerson istiqamətində başlayan hücum Ukraynanın öz ərazilərini geri qazanması ilə davam edir.
Ukrayna lideri bir ay ərzində Rusiyadan 2 min kilometrlik ərazini, o cümlədən son bir həftədə min kilometr ərazini azad etdiklərini açıqlayıb.
RUSİYA ETİRAF ETDİ!
Ukrayna Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərin fotolarını dərc edib.
Fotolardan birində yerə endirilmiş Rusiya bayrağını tapdalayaraq poza verən, üzünü gizlədən ukraynalı əsgərin görüntüsü əks olunub.
"New York Post" qəzeti bu hadisəni oxucularına "Ruslar qaçır, Ukrayna qoşunları şərqdə təəccüblü nailiyyətlər əldə edir" başlığı ilə təqdim edib.
Rusiyadan Müdafiə Nazirliyi müharibədəki son vəziyyətlə bağlı açıqlama verib.
İngiltərənin "Daily Mail" qəzetində yer alan xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qoşunların Xarkov bölgəsindən tamamilə geri çəkildiyini qəbul edib.
Nazirlik geri çəkilməyi "yenidən qruplaşma" kimi xarakterizə edib.
Rusiya MN-nin bu açıqlaması "etiraf" kimi şərh edilib.
KRIMA APARAN YOLLAR AÇILIR
Xatırladaq ki, Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz vermişdi.
Xersonun geri alınması digər işğal olunmuş şəhərlərin azad edilməsinə ümidi artıracaq. Bundan başqa, şəhəri alınması Zelenskinin dediyi kimi, Krım yolunu açacaq.
Bu səbəbdən Xerson həm də "Krımın açarı" kimi dəyərləndirilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma gedən yolu açmaq üçün mübarizə aparır.
Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini bildirirlər./Musavat
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir