Qurbanov: Meydanda əsl futbol var idi!
Bəzən belə oyunların bitməsini istəmirsən. Meydanda əsl futbol var idi.
Sonxeber.az Axar.az-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah"a 4:3 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfrasında deyib.
50 yaşlı mütəxəssis yaxşı oyuna görə rəqibi təbrik edib:
"Bu gün elə oyun oldu ki, "Sabah"a ancaq alqış düşür. Qarşımızda istəkli komanda var idi. Bu qarşıdakı rəqibi də daha məsuliyyətli edir. Oyunçularımı da təbrik edirəm. Çox əziyyət çəkdilər. Azarkeşlər bu gün əsl futbol gördülər.. Sürət, dinamika, hücumlar və qollar var idi. Nəticə öz yerində ümumi oyundan razı qaldım
Qurbanov meydanda Avropa səviyyəli mübarizənin getdiyini diqqətə çatıdırıb.
Baş məşqçi məcburiyyətdən heyətdə bir neçə dəyişikliklər etdiyini söyləyib: "Maksim Medvedev və Rail Məmmədov təxminən 1 ay oynamayacaq. Bədavi Hüseynovun durumu ciddi deyil. "Frayburq"la görüşdən əvvəl sonra əzələsində ağrı hiss etdi. Amma çox da risk etmək istəmədik. Digər oyunçuların daha çox sağlam olması üçün bu cür heyətlə meydana çıxdıq. Bəhlul Mustafazadə özünü yaxşı hiss etsə də, onu əvəzlədik. Futbolçular qısa vaxt ərzində çox matç keçirəcəklər. Bu səbəbdən oyunçuların sağlamlığını düşündük".
Mütəxəssis Bədavi Hüseynovun Fransa "Nant"ına qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçında oynamaq ehtimalının olduğunu sözlərinə əlavə edib:
"Sabah və ya növbəti gün dəqiq bilinəcək.
Qurbanov ikinci penalti epizodundan oyunçularına etiraz etməsinin səbəbini də açıqlayıb:
"Həmin an tez sevinirdilər. Penalti hələ vurulmamışdı. Ona görə belə reaksiya verdim.
Baş məşqçi hakimlik haqqında da danışıb:
"Onlar üçün ən çətin matçlardan biri idi. Hər iki tərəfə qarşı səhvlər var idi və oyunun gedişatına görə idi. Bunlara səhv demək də olmaz".
Təcrübəli mütəxəssis son olaraq rəqibin çətinmədən mübarizə apardığını xatırladıb:
"Hücum etməyə çalışırdılar. 2-ci qoldan sonra futbolçuların emosiyaları həddindən artıq idi. Çox sevindilər. Oyunun ritmi bir qədər itdi. Futbolçular mövqe dəyişikliklərinə öyrəşincə rəqib bunlardan istifadə etdi. Oyun elə idi ki, hər nəticəyə həm hazır, həm də razı idim. İstənilən nəticə ola bilərdi".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1378 Tarix: 11 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrF1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək
22 sentyabr"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr