Misirdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Misirdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad edilibQahirənin tarixi Bab əl-Nasr qalasının yaxınlığında Misirin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Səma Beynəlxalq Musiqisi Festivalının 15-ci yubiley tədbiri keçirilib. Sülhə çağırış devizi altında təşkil olunan festivalda dünyanın müxtəlif ölkələrindən 30-dan çox musiqi kollektivi iştirak edir.

Yubiley festivalında dahi bəstəkarımız, Azərbaycan milli operasının banisi, yazıçı, publisist, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsi tədbirin ən böyük nominasiyası olan "Humanist incəsənət xadimi" mükafatı ilə yad olunub. Misirin mədəniyyət naziri Nevin Əl-Kilani mükafatı Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevə təqdim edib.

Azərbaycan və İslam Şərqində professional musiqinin banisi Üzeyir Hacıbəylinin xatirəsini yad etdiyinə, həmçinin bu cür mötəbər tədbirin ən yüksək mükafatına görə Misirin mədəniyyət nazirinə təşəkkürünü bildirən səfir T.Rzayev qeyd edib ki, dahi bəstəkar ölkəmizin milli musiqi tarixində mühüm rola malik olması ilə yanaşı, müsəlman aləmində də ən görkəmli mədəniyyət xadimlərindən biridir.

T.Rzayev təqdimat mərasimindən sonra Misirin "Masr TV" və "Aula TV" televiziya kanallarına müsahibə verib. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan və müsəlman aləmində mədəniyyətə verdiyi töhfələr barədə ətraflı məlumat verib. Diplomatımız vurğulayıb ki, onun 1908-ci ildə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operası ilə Azərbaycanda və İslam Şərqində peşəkar milli opera tarixinin əsası qoyulub. 2008-ci ilin fevralında keçirilən UNESCO-nun Baş Konfransında bu operanın 100 illik yubileyinin təşkilatın xüsusi tarixlər siyahısına daxil edilməsi barədə qərar qəbul edilib.

Səfir müsahibəsində diqqətə çatdırıb ki, hər il sentyabrın 18-də dahi bəstəkarın dünyaya göz acıdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur./AZƏRTAC


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1631   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub. APA-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov. Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxı

11 may
.

"Mənə zəng vurdu ki, Türkiyəyə bir gedək"

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov "Künc-bucaq" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, Şeyx Əbdül xəstəxanada olduğu müddətdə mərhum Xalq artisti Rasim Balayevdən inciməsinə belə aydınlıq gətirib:. "İkimiz də eyni vaxtda xəstəxanada yatırdıq. Türkiyəyə getməyə hazırlaşırdı

26 aprel
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Aybəniz Haşımova Polad Bülbüloğlu ilə Şuşada - Foto

Əməkdar artist Aybəniz Haşımova Şuşadan paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə kamera qarşısına keçib. A.Haşımova fotoya "Şuşamızda" qısa şərhini yazaraq ürək emijisi qoyub

13 may
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

2 avqust
.

Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti

"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizi

1 aprel
.

İşdən çıxarılan Xalq artisti - Direktoru ittiham edir

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, 12 martda baş tutan son çıxışından sonra teatrın direktor

4 aprel