Şəhidin nişanlısından ürəkdağlayan sözlər: Evimiz bəzəkdə qaldı... - VİDEO
Cəmi 24 gün sonra bəy kostyumunu geyinib, qolunda sevdiyi xanımla həyat yolunu birləşdirəcəkdi. Amma fələk oyunu bu dəfə də fərqli oynadı. Vətənini hər şeydən üstün tutan 25 yaşlı baş leytenant Hüseyn evinə şəhid kimi qayıtdı.
Bir tərəfdə toy xonçaları, digər tərəfdə göz yaşı içində şəhidin tabutunu gözləyən insanlar.
Hər kəs toyuna hazırlaşdığı bir vaxtda onun şəhid xəbəri gəldi.
Bəy otağı bəzəkli qaldı 25 yaşlı baş leytenant Hüseynin... Bəy kostyumu geyinib oturacağı stola indi bəzəkli tabutu qoyulub.
Şəhadətə ucalmazdan bir necə saat öncə Hüseyn həm atası, həm də nişanlısı ilə toy haqqında danışıb. Bir neçə gün sonra gəlib xeyir işində qol qaldırıb oynayacaqmış.
Anası Könül Nəcəfova hələ də balasının yoxluğuna inanmır. Deyir, axı mənim balam bəy olub toyunda oynuyacaqdım, indi onun şəhidliyinə layla deyirəm.
Kəlbəcərdə şəhid olan baş leytenant Hüseynin nəşi doğulub boya-başa çatdığı Saray qəsəbəsinə gətirilib və qəsəbənin şəhidlər xiyabanında dəfn olunub./Baku.ws
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5173 Tarix: 18 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lənkəranda sahibsiz itlər tez-tez insanlara hücum edir - Video
Lənkəran şəhərinin mərkəzində sahibsiz küçə itlərinin çoxalması uzun müddətdir sakinlərin narahatlığına səbəb olur. xəbər verir ki, -a danışan sakinlərin sözlərinə görə, şəhərin müxtəlif ərazilərində sahibsiz itlərin sayı ildən-ilə artır və məsələ ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, proble
6 martMN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq" - VİDEO
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarını
5 martQadınların Gücü: Sərhədləri Qıran və İlham Verən Hekayələr
8 Mart Beynəlxalq Qadınlar Günü, zərif cinsin istedad və güclərini bir daha vurğulamaq üçün unikal bir fürsətdir. Bu xüsusi gün, qadınların cəmiyyətdəki əhəmiyyətli rolunu qeyd etməklə yanaşı, onların qırdıqları sərhədləri və yaratdıqları yeni dünyaları da ön plana çıxarır. Müxtəlif sahələrdə qeyri-ad
5 martRadio reklamı niyə hələ də aktualdır? - Rolan Məmmədlinski cavablandırır
Müasir dövrdə şirkət və brendlər məhsul və xidmətlərini tanıtmaq üçün müxtəlif reklam platformalarından istifadə edirlər. Bu platformalar arasında radio reklamları hələ də effektiv və geniş auditoriyaya çata bilən vasitələrdən biri hesab olunur. Mövzu ilə bağlı Qaynarinfo-ya danışan reklam mütəxəssis
6 mart