"Turan Hospitalda şübhəli diaqnoz? -Qarabağ qazisinə "qanı yumaq" təklifi niyə verilib?"
Daxil olan məlumat ciddi suallar doğurur. Belə ki, Hüseynli Mirəli Əli Hüseyn oğlu bir neçə gün əvvəl mədə nahiyəsində yaranan ağrılar səbəbindən Turan Hospitala müraciət edib.
Pasientin sözlərinə görə, o, xəstəxanada həkim-qastroenteroloq Şəlalə Mirzəyevanın qəbuluna yönləndirilib. İddialara görə, ilkin baxışdan sonra pasientdən laborator analizlər götürülüb və müxtəlif müayinələr aparılıb.
Lakin hadisələrin sonrakı gedişi xəstəni təəccübləndirib. Pasient bildirir ki, aparılan analizlərin nəticəsinə əsasən guya onun qanında "xoşa gəlməz maddə" aşkar olunduğu və mütləq şəkildə qanının "yuyulmasının" vacib olduğu bildirilib. Mirəli Hüseynli bu diaqnoza şübhə ilə yanaşaraq həmin prosedura razılaşmayıb və başqa bir tibb müəssisəsinə müraciət edib. Orada yenidən laborator analizlər verən pasient iddia edir ki, təkrar müayinələrin nəticəsində onun qanında hər hansı problem aşkarlanmayıb və analizlər tam təmiz çıxıb. Məsələni daha həssas edən digər məqam isə ondan ibarətdir ki, Mirəli Hüseynli II Qarabağ Müharibəsinin iştirakçısı və 3-cü qrup əlildir. Pasientin sözlərinə görə, o, Turan Hospitalda aparılan müayinə və analizlər üçün ümumilikdə 300 manat ödəniş edib. Şikayətçi bildirir ki, əgər onun qanında hər hansı problem yoxdursa, bu halda belə bir ciddi tibbi prosedurun tövsiyə edilməsi nə ilə izah olunur? Pasient məsələ ilə bağlı hüquqi addımlar atacağını və ödədiyi məbləğin 100 faiz geri qaytarılmasını tələb etdiyini də vurğulayıb.Ortaya çıxan iddialar bir sıra suallar yaradır, pasientə "qan yuyulması" kimi ciddi tibbi prosedurun tövsiyə edilməsi hansı analiz nəticələrinə əsaslanıb, aparılan müayinələrin tibbi əsaslandırması varmı, eyni pasientin digər klinikada verdiyi analizlərin təmiz çıxması nə ilə bağlıdır?
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının da araşdırma aparmasının vacib olduğu bildirilir. Çünki söhbət həm tibbi xidmətlərin keyfiyyətindən, həm də vətəndaşların, xüsusilə də müharibə iştirakçılarının hüquqlarının qorunmasından gedir.
Qeyd edək ki, redaksiyamız məsələ ilə bağlı Turan Hospital rəhbərliyinin və həkim Şəlalə Mirzəyevanın mövqeyini dərc etməyə hazırdır.(mediatv.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı