Lənkəranda sahibsiz itlər tez-tez insanlara hücum edir - Video
Lənkəran şəhərinin mərkəzində sahibsiz küçə itlərinin çoxalması uzun müddətdir sakinlərin narahatlığına səbəb olur.
Sonxeber.az xəbər verir ki, Cenublu.az-a danışan sakinlərin sözlərinə görə, şəhərin müxtəlif ərazilərində sahibsiz itlərin sayı ildən-ilə artır və məsələ ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.
Vətəndaşlar deyir ki, itlər qrup halında tez-tez insanlara hücum edir və bu vəziyyət xüsusilə uşaqlar və yaşlılar üçün təhlükə yaradır. Bu səbəbdən bir çox insanlar küçəyə çıxmaqdan ehtiyat edirlər.
Mövzu ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirildi ki, İcra hakimiyyətinin büdcəsində sahibsiz itlərlə bağlı vəsait nəzərdə tutulmadığından sözügedən məsələnin tez bir zamanda həll edilməsi imkan xaricindədir: "Ölkəmizdə sahibsiz itlərin müasir tələblər səviyyəsində baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatə olunmasından ötrü Bakı şəhəri ərazisində ilk məkan olaraq sığınacaqlar yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda Lənkəran rayonunun ərazisində belə məkanlar olmadığından, o cümlədən şəhər İcra hakimiyyətinin büdcəsində sahibsiz itlərlə bağlı vəsait nəzərdə tutulmadığından sözügedən məsələnin tez bir zamanda həll edilməsi imkan xaricindədir. Buna baxmayaraq, qeyd olunan məsələ şəhər İcra hakimiyyəti tərəfindən nəzarətə götürülüb və aidiyyəti orqanlarla əlaqə saxlanılaraq yaranmış vəziyyətin həllindən ötrü imkanlar axtarılır. Eyni zamanda, İDEA İctimai Birliyi tərəfindən ötən ildə bir qisim sahibsiz itlərin yığılaraq Bakı şəhərindəki sığınacaqlara aparılması təmin edilib, prosesin davam etdirilməsi nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Güclü küləklə bağlı xəbərdarlıq
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA